
Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Binəqədi-Xırdalan avtomobil yolunun rayonun Biləcəri qəsəbəsindən keçən hissəsinə yaxın ərazidə qanunsuz tikinti işlərinin aparılması aşkarlanıb.
AVESTA.AZ xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.