
İranın Ali Lideri Ayətullah Əli Xamenei ABŞ prezidenti Donald Trampı hədələyərək Amerika hərbi gəmilərini batırmaq qabiliyyətinə malik olduğunu iddia edib.
AVESTA.AZ xəbər verir ki, bu barədə Tasnim məlumat yayıb.
"Onlar İrana gəmilər göndərdiklərini deyirlər. Gəmi təhlükəli bir cihazdır, amma həmin gəmini batırmaq qabiliyyətinə malik silah daha da təhlükəlidir", - deyə Xamenei bildirib.
O, həmçinin Trampın dünyanın ən güclü ordusuna sahib olması iddialarını lağa qoyub və hətta onun "ciddi zədələnə" biləcəyini qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.