17-02-2026, 16:48 103

"Carlsberg Azerbaijan"ın yeni baş direktoru Krasimir Lazarov şirkətin Azərbaycandakı fəaliyyəti barədə geniş müsahibə verib.

Baş direktor "Carlsberg Group" şirkətinin baş icraçı direktoru Yakob Aarup-Andersenin Davosda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə görüşünü yüksək qiymətləndirib. Bu görüşdə əsas gündəm məsələsinin ölkədə istehsal üçün xammalın və qablaşdırma materiallarının 100% lokallaşdırılması istiqamətində həyata keçirilən işlər olduğunu bildirib.

Şirkət rəhbəri prioritetləri, növbəti 5 il üçün hədəfləri, dayanıqlılıq proqramları, tərəfdaşlıq və investisiya planları barədə də ətraflı məlumat verib.

Xatırladaq ki, "Carlsberg Azerbaijan"ın istehsal gücü ildə 8 milyon dekalitr təşkil edir. Şirkətdə təxminən 250 nəfər işçi çalışır və əlaqəli sahələrdə (təchizatçılar, pərakəndə satış, qonaqpərvərlik xidməti) 3000-dən çox iş yeri təmin edilir. Zavodun inkişafına qoyulan investisiyaların ümumi həcmi 82 milyon manata yaxındır. Şirkətin portfelinə "Xırdalan", "Carlsberg", "Tuborg", "Blanc 1664", "Grimbergen" və "Əfsanə" kimi brendlər daxildir.

1. Salam Krasimir. "Carlsberg Azerbaijan"ın yeni baş direktoru olaraq bizə özünüz və peşəkar fəaliyyətiniz barədə məlumat verərdiniz, zəhmət olmasa.

2018-ci ildən "Carlsberg"də çalışmağa başlamışam. Əvvəlcə mən "Carlsberg Bulgaria"nın müasir ticarət üzrə milli satış meneceri vəzifəsində idim. Sonra isə mən Satış direktoru oldum. Satış və biznesin inkişafı üzrə direktor kimi, şirkətin maliyyə gündəliyindən məsul olmaqla, rəhbərliklə birgə çalışıb böyük təcrübə qazanmaq imkanı əldə etdim. 2026-ci ilin əvvəlindən isə "Carlsberg Azerbaijan"ın baş direktoru olmaqdan məmnunluq və qürur duyuram.

2. "Carlsberg Azerbaijan" şirkətinin yeni baş direktoru kimi əsas prioritetləriniz və strateji hədəfləriniz nələrdir?

Hazırda mənim üçün ən-ən önəmlisi insanları və komandanı anlamaq, onları daha yaxından tanımaqdır. Onlara gündəlik fəaliyyətlərində necə dəstək ola biləcəyimi öyrənməkdir.

İkincisi, əlbəttə, Azərbaycanda biznes mühitini öyrənməkdir – istehlakçılar, bazar kateqoriyaları və ölkədə ümumilikdə biznesin necə idarə olunduğu ilə daha yaxından tanış olmaqdır.

3. "Carlsberg Group" şirkətinin baş icraçı direktoru Yakob Aarup-Andersenin Davosda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə görüşü zamanı Şirkətin yerli istehsalını və İmişlidəki pivəlik arpa emalı zavodunu müzakirə ediblər. Şirkət qarşıdakı illərdə Azərbaycanda yerli istehsalı və ixracı necə genişləndirməyi planlaşdırır?

Biz bu görüşə, həmçinin dövlət qurumları və ölkə başçısı cənab İlham Əliyev tərəfindən göstərilən dəstəyə görə qürur duyuruq. Cənubi Qafqazda ilk pivəlik arpa emalı zavodu "ProMalt"un açılışı bunu xüsusilə sübut edir. Bu, "Carlsberg"in burada istehsalın lokallaşdırılması istiqamətindəki gələcək gündəliyini dəstəkləyən təşəbbüsdür.

Azərbaycanda gördüyümüz işlərdən həqiqətən qürur duyuruq. Bütün xammal və qablaşdırma materiallarımızı 100% lokallaşdıracağımıza inanırıq. Gündəliyimizə uyğun olaraq, növbəti addımımız alüminium banka və şüşə qablaşdırmanın yerli tədarükçülərdən əldə etməkdir. Bütün brendlərimizin, xüsusilə də "Xırdalan" brendinin yerli xammaldan və qablaşdırma materialından hazırlanması bizim üçün çox önəmlidir.

4. "Carlsberg" növbəti beş il ərzində Azərbaycandakı fəaliyyətini necə genişləndirməyi planlaşdırır? Buraya yeni məhsul kateqoriyaları, istehsal güclərinin artırılması və ya regional paylama şəbəkələrinə daha dərin inteqrasiya daxildirmi?

Qrup olaraq, ilk növbədə bazar lideri kimi, istehlakçılarımıza yaxın olmalı və həm Azərbaycanda baş verən yerli trendlərə, həm də qlobal miqyasda baş verən dəyişikliklərə həssas yanaşmalıyıq.Dəqiqliklə deyə bilərik ki, 0.0 faiz alkoqollu içkilər insanların gündəlik həyatında geniş yer tutmağa başlayıb. Bazarda güclü lider olaraq bu seqmenti davam etdirməyi düşünürük. Qürurla qeyd edirəm ki, "Xırdalan 0.0" Azərbaycanda istehsal olunan ilk 0.0 faiz alkoqollu içkidir. Ümumilikdə istehlakçılarımızın ehtiyaclarını nəzərə alıb onlara daha da yaxşı içkilər təqdim etmək üçün çalışırıq.

5. Praktiki olaraq "Carlsberg" şirkəti dayanıqlılıq proqramını Azərbaycandakı fəaliyyətinə necə inteqrasiya edir? Bu bazarda həm ekoloji məqsədlərə, həm də iqtisadi dayanıqlığa nail olmaq üçün hansı konkret hədəfləri və ya yenilikləri tətbiq edirsiniz?

Bu suala görə təşəkkür edirəm. Bu, həm "Carlsberg Group"da, həm də Azərbaycanda gündəliyimizdə öndə gələn məsələdir, çünki biz "Birlikdə Sıfıra Doğru və Daha İrəli" proqramımızla uzunmüddətli dayanıqlı həlləri axtarırıq. Son beş ildə Azərbaycanda bu istiqamətdə əldə etdiyimiz nəticələrdən qürur duyuruq. Biz burada su istehlakını 9%, istilik istehlakını 5% və CO₂ emissiyalarını 9% azaltmağa nail olmuşuq.Bu böyük uğurdur, nəticəni yüksək qiymətləndiririk. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində "Xəzəri Qoruyaq" təşəbbüsünə də davam edəcəyik. Bu bizim üçün çox önəmlidir. Azərbaycanda çimərliklərin təmizlənməsinə dəstəyi davam etmək istərdik.

6. Növbəti illərdə "Carlsberg"in fəaliyyətini və ya bazardakı mövcudluğunu əhəmiyyətli dərəcədə dəyişdirə biləcək hər hansı bir investisiya və ya tərəfdaşlıq planlaşdırılırmı?

Ötən il "Carlsberg" şirkəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə növbəti beş il üçün Azərbaycana 30 milyon manat investisiya yatırmağı öhdəsinə götürən Anlaşma Memorandumu imzalayıb. Regionda Azərbaycan bazarının mühümlüyündən irəli gələrək "Carlsberg" Azərbaycana investisiya yatırmağa davam edir.

Digər tərəfdən ölkənin qeyri-neft sektorunun ən böyük vergi ödəyicilərindənik. 2025-ci ildə dövlət büdcəsinə təxminən 39 milyon manat vergi ödəmişik. Bu onu göstərir ki, Azərbaycana investisiya etməyə və biznesi inkişaf etdirməyə dair verdiyimiz sözlərin arxasındayıq.

Paylaş

Xəbər lenti

Səfir: "Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır" Bu gün, 15:48 Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Bu gün, 15:48 Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub Bu gün, 15:48 Məşhur aktyor şəhər həyatından imtina edib, kəndə köçdü Bu gün, 15:48 Türkiyədə eyni anda 198 nəfər saxlanıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 15:48 Yuri Qusev: Azərbaycanın Qarabağın bərpası üzrə təcrübəsi Ukrayna üçün faydalı ola bilər Bu gün, 15:48 Bu tarixdə Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ Bu gün, 15:48 Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib Bu gün, 15:48 Lənkəranda tanınmış iş adamı ÖLDÜ Bu gün, 15:48 Elçin Əmirbəyov: Azərbaycan-İtaliya enerji əməkdaşlığının strateji əhəmiyyəti Hörmüz böhranından sonra daha da aydın şəkildə üzə çıxıb Bu gün, 14:48 Bakıda itkin düşən şəxsin GÖLDƏ MEYİTİ TAPILDI Bu gün, 14:48 Lənkəranda WUF13 Festivalı başlayıb Bu gün, 14:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşə çıxacaq Bu gün, 14:48 Elçin Əmirbəyov: "Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür" Bu gün, 14:48 Ötən gün həyatını itirən həkimin ÖLÜM SƏBƏBİ BİLİNDİ Bu gün, 14:48 Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu Bu gün, 14:48 Azərbaycanın hərbi pilotları yeni silah sistemləri ilə tanış olublar Bu gün, 14:48 Sabah hava yağışlı olacaq? Bu gün, 13:48 Dubayda yaşayış icazəsi almaq asanlaşdı Bu gün, 13:48 Ucuz qiymətə mebel satışı adı altında sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb Bu gün, 13:48 Baş Qərvənd kəndində "Ağıllı kənd" layihəsi nə vaxt tam hazır olacaq? Bu gün, 13:48 Alyona Əliyeva Buta İncəsənət Mərkəzindən paylaşım edib Bu gün, 13:48 Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə taktiki-uçuş təlimi başa çatıb Bu gün, 13:48 Təbii fəlakət qarşısında dövlət qalxanı Bu gün, 13:48 İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib Bu gün, 13:48 FHN əməkdaşı iş başında öldü Bu gün, 13:48 Bakıdan Təl-Əvivə uçuşlar bu tarixdən bərpa edilir Bu gün, 12:48 Gəncədə metaləritmə müəssisəsinin fəaliyyəti dayandırılıb Bu gün, 12:48 Bakıda İLGİNC CİNAYƏT: Gənc qız atasını talayıb gözəllik salonu açdı Bu gün, 12:48 Bakı-Sumqayıt yolunun 7-ci km-də GÜCLÜ YANĞIN Bu gün, 12:48 İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir Bu gün, 12:48 Hikmət Hacıyev xarici diplomatların Laçına səfərindən video paylaşıb Bu gün, 12:48 62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar Bu gün, 12:48 Bakıda yaddaşını itirmiş qadın axtarılır Bu gün, 12:48 Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb Bu gün, 11:48 Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb Bu gün, 11:48 Şəkidə canavarlar kəndə HÜCUM EDİB: Təsərrüfatlara ciddi ziyan dəyib Bu gün, 11:48 Moldovanın energetika naziri Dorin Junqietu Azərbaycana səfər edəcək Bu gün, 11:48 DİN həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb Bu gün, 11:48 Uzunömürlülər ən çox bu BÜRCDƏN olur Bu gün, 11:48 Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb Bu gün, 11:48 Aeroport şosesində qəza baş verib, sıxlıq yaranıb Bu gün, 11:48 "Qarabağ" Zubirə əvəzləyici tapdı Bu gün, 10:48 Məşhur general professor oldu Bu gün, 10:48 Nyu-York merinin Azərbaycana qarşı qərəzli kampaniyasına cavab olan petisiyanı sən də İMZALA! Bu gün, 10:48 MM Komissiyası: Ermənipərəst dairələr Ermənistanla Azərbaycan arasındakı kövrək sülh prosesinə zərbə vurmağa çalışır Bu gün, 10:48 Muhammad Nasar Hayat: FAO Qarabağda yeni layihələr planlaşdırır Bu gün, 10:48 Diplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR