Dünən, 17:48 68

Ruben Vardanyana HÖKM OXUNDU

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 17-də davam etdirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

İclasda təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin bir qismi və onların nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, həmçinin Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib.

Ötən il yanvarın 17-də başlamış və bir ildən çoxdur davam edən məhkəmə prosesində təqsirləndirilən şəxsin barəsində yekun məhkəmə qərarı (hökm) elan edilib.

Elan olunub ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə elan edilmiş ittihamlar həmin Məcəllənin 228.2.1-ci maddəsinə tövsif edilib.

Bundan başqa, irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 279.1 və 279.2-ci maddələri rəqəmlə ifadədə xaric edilib.

Elan edilib ki, Vardanyan Ruben Karlenoviç Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokuror məhkəmə prosesində təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş etmişdi.

Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirli bilinib.

***11:33

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı (hökm) elan olunub.

BAKU.WS Report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

İclasda təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin bir qismi və onların nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, həmçinin Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib.

Hökmə əsasən, R.Vardanyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Xatırladaq ki, məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror təqsirləndirilən R.Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi.

***11:28

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı (hökm) elan olunur.

BAKU.WS xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

İclasda təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin bir qismi və onların nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, həmçinin Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edir.

Paylaş

Xəbər lenti

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib Bu gün, 00:48 "Nüvə savaşı"nın aqibəti - ABŞ-İran danışıqları necə nəticələnəcək? Bu gün, 00:48 Baku TV-nin 8 yaşı tamam olur Bu gün, 00:48 Pezeşkian: Nüvə silahı ilə bağlı istənilən yoxlamaya hazırıq Dünən, 23:48 Ukraynanın keçmiş ədliyyə naziri həbs edilib Dünən, 23:48 Bakı sakinlərinə su ilə bağlı XƏBƏRDARLIQ - Fevralın 20-dək Dünən, 23:48 ABŞ narkotacirlərə aid gəmilərə zərbə endirib, 11 nəfər ölüb Dünən, 23:48 Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk partiyaları keçirilib Dünən, 23:48 İran Prezidenti: ABŞ ilə danışıqlar Xameneinin koordinasiyası ilə aparılır Dünən, 23:48 "Qalatasaray" "Yuventus"a futbol dərsi keçdi Dünən, 23:48 Nyu-Yorkda kilsədə güclü partlayış baş verdi Dünən, 22:48 "Nyukasl"ın futbolçusu: "Qarabağ"ın bura qədər gəlməsi bizi təəccübləndirmədi Dünən, 22:48 "Liv Bona Dea" Hospitalında qazi ailəsinə həyat bəxş edilib Dünən, 22:48 Məktəblilərdə ürəklə bağlı problemin əlamətləri - Valideynlərə XƏBƏRDARLIQ Dünən, 22:48 Deniz Çakır 45 yaşında vəfat edən qrup yoldaşı ilə fotolarını paylaşdı Dünən, 22:48 2026-cı ilin ilk Günəş tutulması başa çatıb Dünən, 21:48 "İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? Dünən, 21:48 Əraqçi: İran və ABŞ mümkün sazişin mətni üzərində işləməyə başlaya bilər Dünən, 21:48 Tiktoker Sərdar həbs edildi Dünən, 21:48 Gümüş nə qədər bahalaşıb? - QİYMƏTLƏR Dünən, 21:48 "Nyukasl"ın baş məşqçisi: "Qarabağ"ın çox güclü texnikası var Dünən, 21:48 Kinematoqrafçılar İttifaqında GƏRGİNLİK: Xalq artistindən AÇIQLAMA Dünən, 20:48 Ağdərədə itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı Dünən, 20:48 Azərbaycanın ixrac etdiyi neftin 70 %-ini İtaliya alıb Dünən, 20:48 "Qarabağ" "Nyukasl"ı məğlub etmək üçün necə oyanamalıdır? - AÇIQLAMA Dünən, 20:48 Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri ilə görüşüb Dünən, 20:48 Neftçala sakinlərinin qaz problemi: "Yandırmağa odun tapa bilmirik" Dünən, 20:48 Bolt Akademiya Azərbaycanda yol hərəkəti təhlükəsizliyi üzrə genişmiqyaslı sosial layihəyə start verib Dünən, 19:48 Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək - Saziş imzalandı Dünən, 19:48 Dayanacaqda çantasını unudan şəxsin 1200 manatlıq qızılları oğurlandı Dünən, 19:48 AYNA-nın 4,5 milyonluq tenderinin qalibi müəyyənləşdi Dünən, 19:48 Azərbaycanda bu şəxslər "JEK"lərə pul ödəməyəcəklər Dünən, 19:48 UEFA Çempionlar Liqası: "Nyukasl"la oyundan öncə "Qarabağ"ın açıq məşqi baş tutub Dünən, 18:48 "Oğlunun ancaq meyitini məndən ala bilərsən" - Qayınata kürəkəni niyə öldürüb? Dünən, 18:48 Qazaxıstanda güclü zəlzələ baş verib Dünən, 18:48 Sevgililər günündə keçmiş arvadının yeni ərini bıçaqlayıb Dünən, 18:48 Lənkəranda balıqçının faciəli ölümünün TƏFƏRRÜATI: Ad gününə gedibmiş Dünən, 17:48 ABŞ Ermənistana 100-dən artıq "Starlink" terminalı verdi: Regionda yeni mərhələ başlayır? Dünən, 17:48 Mingəçevirdə aşkarlanan saxta içkilərin satışı qadağan edilib Dünən, 17:48 Türkiyəli müğənni Edis saxlanılıb Dünən, 17:48 Ağdamda tələbə dərmandan zəhərlənib Dünən, 17:48 Vəzifəsindən istefa verən Taleh Quliyevi kimin əvəz edəcəyi BİLİNDİ Dünən, 17:48 Magistraturaya qəbul imtahanının ilkin nəticələri AÇIQLANIB Dünən, 17:48 Qurban Qurbanov: "Çox böyük təcrübə əldə edəcəyimiz oyundur" Dünən, 17:48 Londondakı qızı Jasminin videosunu görən Nigar Camal kövrəldi Dünən, 17:48 Kamilo Duran: "Nyukasl"a qarşı bizi çətin və tarixi oyun gözləyir" Dünən, 17:48 95 yaşında vəfat edən Robert Düvallın ƏN YAXŞI FİLMLƏRİ Dünən, 17:48 Sabah bu 42 kənddə QAZ OLMAYACAQ Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR