
Ağdam rayonunda zəhərlənmə faktı qeydə alınıb.
AVESTA.AZ apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Biləsuvar rayon sakini, 2007-ci il təvəllüdlü A. Əliyeva qəbul etdiyi dərman vasitəsindən zəhərlənib.
O, dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağır qiymətləndirilir.
A.Əliyeva Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsidir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.