
Lənkəranın Aşağı Nüvədi kəndində bədbəxt hadisə baş verib. 59 yaşlı Məmməd Quliyev balıq tutmaq məqsədi ilə Xəzər dənizinin Lənkəran sahilinə gedib.
Baku TV-nin məlumatına görə, onun dənizdə boğularaq öldüyü bildirilir.
"Həvəskar balıqçı idi. Dəniz geri çəkilib, sahil palçıqlı olub, ayağı ilişib yıxılıb. Dənizə tək girib, evdəkilər gördülər ki, çıxmır. 15-20 dəqiqə sonra üzə çıxdı. Qardaşım uşağının ad gününə gəlmişdi", - deyə mərhumun qohumu qeyd edib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.