17-02-2026, 18:48 228

Vətəndaş Ədil Məhərrəmovu qətlə yetirməkdə təqsirləndirilən qayınatası Nəcəf Qafarov və onun qızı, mərhumun həyat yoldaşı olmuş Nuranə Məhərrəmovanın cinayət işləri üzrə məhkəmə prosesi davam edir.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə bu gün keçirilən növbəti iclasda şahid ifadələri dinlənilib.

Şahid, mərhumun atası M.Q. təqsirləndirilən şəxsləri görməyə gözüm olmadığını deyib:

"Dünyada ən böyük dərd oğulun ata çiynində getməyi imiş. Nuranəni tanıyandan görürdüm ki, bunun iki günündən biri polisdə keçir. Dava salırdı, Ədilin günün qara edirdi ki, anana yaxın getmə. Tələb edirdi ki, mənə aliment verməlisən. Gəlib binanın qabağında hay-küy salırdı, qonşuların yanında biabır olmuşduq. Oğlum bunun əlindən qapıma gəlmirdi. Heç şeytan da bu qadına yaxın gələ bilməzdi. Nuranə yoldaşım Rayaya deyirdi ki, oğlunun ancaq meyitini məndən ala bilərsən. Mən həmin gün işdə olmuşam, hadisədən qonşumun zəngindən sonra xəbər tutdum".

Şahid F. N. həmin ərazidə usta işlədiyini, həyətə çıxanda yerdə uzanmış adam gördüyünü deyib:

"Adam çox içkili idi, özündə deyildi. Ona su verdik, bir az özünə gəldi. Üstündəki telefona zəng gəldi. Götürdüm, dedim ki, zəng etdiyiniz adam uzanıb qalıb, çox içkilidir. Daha sonra bir qadın da zəng etdi. Sonra bir oğlan gəldi. Maşın olmadığından adamı əl arabasına uzadıb evinə apardıq. Yoldaşı su verdi. Kurtkasını çıxardıq. Köynəyini də çıxaranda gördük ki, bədəni qan içindədir. Mən sonra evə getdim. Çox keçmədi ki, polislər gəldi, məni bölməyə apardılar".

Şahid O.R. yaşadığı evdən çıxanda Ədil Məhərrəmovu gördüyünü bildirib:

"Divarın dibində uzanıb qalmışdı. Yaxınlaşıb tərpətdim ki, burada niyə uzanmısan? Güclə cavab verdi ki, dəyməyin mənə, yuxum gəlir. Səbuhini köməyə çağırdım. Mən əməliyyatlı adamam, onu qaldırmağa gücüm çatmazdı. Odur ki, rəhmətliyi əl arabasına qoyub evinə apardıq".

Növbəti iclas 3 mart saat 16:00-a təyin olunub.

Qeyd edək ki, hadisə 2025-ci il aprelin 22-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib.

Qəsəbə sakini Ədil Məhərrəmovun qətlə yetirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Araşdırmalarla onun əvvəllər məhkum olunmuş 57 yaşlı qayınatası Nəcəf Qafarov tərəfindən qətlə yetirildiyi məlum olub.

Nəcəf Qafarov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Daha sonra isə onun qızı və qətlə yetirilən Ədil Məhərrəmovun həyat yoldaşı Nuranə Məhərrəmova da hadisə ilə bağlı ittiham edilərək istintaqa cəlb olunub.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə cinayət işi açılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Paylaş

Xəbər lenti

Nizami rayonunda kanalizasiya problemi Bu gün, 16:48 General-mayor İsgəndər Allahverdiyev dəfn olunub Bu gün, 16:48 "Şamaxinka"da izdiham: "Dünən bundan da betər idi" Bu gün, 16:48 Azərbaycanda psixi və sinir sistemi xəstəlikləri artıb - Rəqəmlər Bu gün, 16:48 Sürücülərin diqqətinə: Bu zolağa daxil olmaq üçün bir saat əlavə gözləməli olacaqlar Bu gün, 16:48 AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib Bu gün, 16:48 XƏBƏRDARLIQ - 2 gün ardıcıl yağış yağacaq Bu gün, 16:48 Elçin Mirzəbəyli: "Minsk Qrupunun tarixə qovuşması Azərbaycanın hərbi qələbəsindən ayrı hadisə deyil" Bu gün, 15:48 Yeni Sumqayıtda satışlar başladı: 12 000 manat ilkin ödənişlə mənzil almaq mümkündür! Bu gün, 15:48 AK rəhbəri Qərbi Balkanlar üzrə tura çıxacaq Bu gün, 15:48 Laçında uşaqlar üçün tibbi müayinələr keçirilib Bu gün, 15:48 "Ermənistan həm də terroru, separatizmi dövlət siyasəti səviyyəsinə gətirən bir dövlət kimi tarixə keçib" Bu gün, 15:48 "Diaqnozumun heç bir əhəmiyyəti yoxdur...." - Xərçəng olan plastik cərrah Bu gün, 15:48 Şəbnəm Həsənova: "Müzəffər Ali Baş Komandan İlham Əliyev həm müharibənin, həm də sülhün qalibidir" Bu gün, 15:48 Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat Bu gün, 15:48 Fariz Cəfərov: "Energetika texnologiyaları sahəsində sınaq meydançalarının yaradılması vacibdir" Bu gün, 14:48 Tahir Rzayev: "Məhsul şəhadətnaməsi fermerlərin problemlərini azalda bilər" Bu gün, 14:48 Rəşad Ələkbərov: Nəsiminin Şamaxıda ucaldılan abidəsi 5 ilə hazırlanıb Bu gün, 14:48 Sumqayıtda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub Bu gün, 14:48 Bakıda ata və qızının birlikdə kürəkəni öldürmək səbəbi bilindi Bu gün, 14:48 Azərbaycanın cüdo millisinin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti bəlli olub Bu gün, 14:48 Xankəndidə TDT dövlətlərinin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib Bu gün, 13:48 Sabah rayonlarda arabir yağış yağacaq Bu gün, 13:48 Rəşad İsmayılov Xankəndidə vətəndaşları qəbul edib Bu gün, 13:48 Kiçik və orta fermerlərə dəstək çağırışı - Deputatdan təklif Bu gün, 13:48 Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib Bu gün, 13:48 Azərbaycanın TDT hədəfi: qurum qlobal aktora çevrilir - ŞƏRH Bu gün, 13:48 Nigar Fərhad barədə qərar verildi - Şikayətçilər artır Bu gün, 12:48 İnam Kərimov Cənubi Koreyada Ali Məhkəmə sədrlərinin 20-ci Konfransında iştirak edib Bu gün, 12:48 Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi Bu gün, 12:48 Gəncədə Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü Bu gün, 12:48 "BakuBus" sürücülərindən Milli Musiqi Gününə özəl layihə: Depoda "İntizar" sədaları Bu gün, 12:48 "Qarabağ"ın prezidenti Tahir Gözəl bank rəhbəri oldu Bu gün, 12:48 Ayxan Abbasov Azərbaycan millisinin yoldaşlıq və Millətlər Liqası oyunları üçün heyətini açıqlayıb Bu gün, 12:48 Rusiyada kolbasadan zəhərlənmə nəticəsində üç nəfər ölüb, daha iki nəfər zərər çəkib Bu gün, 11:48 Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib Bu gün, 11:48 Milli Məclis "Məhsul şəhadətnaməsi haqqında" yeni qanun layihəsini müzakirə edir Bu gün, 11:48 Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib Bu gün, 11:48 Yeniyetməni döyüb komaya saldılar - Süni tənəffüs aparatına qoşuldu Bu gün, 11:48 KOBİA: Sahibkarlara 20 mindən çox lisenziya verilib Bu gün, 11:48 Hava ilə bağlı vacib məlumat: Leysan, dolu ... Bu gün, 11:48 Azərbaycanın ilk sərhəd qoşunları komandanı İsgəndər Allahverdiyev vəfat edib Bu gün, 10:48 Röya Ayxandan YENİ FOTOSESSİYA Bu gün, 10:48 Bu gün Milli Musiqi Günüdür Bu gün, 10:48 "Aşk-ı Memnu"nun aktrisası vəfat etdi Bu gün, 10:48 Formula 1-ə görə yollarda ilk məhdudiyyət sabahdan tətbiq olunacaq Bu gün, 10:48 "Şamaxinka"da qorxunc qəza: Avtomobil yararsız hala düşdü, yaralılar var Bu gün, 10:48 Bakıda yoldakı qoşa xətti qırıq-qırıq etdilər - ANBAAN VİDEO Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR