
Bakıda 72 yaşlı kişi avtobusda ölüb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.
Məlumata görə, 65 saylı xətt avtobusunda 1954-cü il təvəllüdlü İzzət İsgəndərov ürək çatışmazlığından ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.