
Əfqanıstanın Pərvan əyalətində yanacaqdaşıyan tankerin partlaması nəticəsində ölənlərin sayı 19-a çatıb.
"Report" xəbər verir ki, bu barədə "Sinhua" agentliyi məlumat yayıb.
Daha 32 nəfər zərərçəkən Pərvan vilayətinin inzibati mərkəzi olan Çarıkar şəhərinin xəstəxanalarına çatdırılıb.
Bundan əvvəl insident nəticəsində 12 nəfərin öldüyü, 37 nəfərin yaralandığı bildirilirdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.