
Liviyanın paytaxtı Trablusda hava limanı yolu üzərində yerləşən neft çənlərinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.
AVESTA.AZ xəbər verir ki, Brega Neft Marketinq Şirkətinin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Hücum zamanı bəzi neft boruları, həmçinin 220 və 213 nömrəli neft çənləri zədələnib.
Şirkət rəsmiləri bildirib ki, hadisə yanacaq təchizatı və paylama prosesinə təsir göstərməyib. Texniki qruplar ərazidə dəymiş ziyanın miqyasını müəyyənləşdirir.
Qeyd edək ki, avqustun əvvəlində Trablusun qərbindəki Zaviya şəhərində də neft obyektlərinə kamikadze PUA-larla hücum edilmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.