3-09-2026, 16:48 108

Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ

Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin iddiası rədd olunub. Sumqayıt Apellyasiya Məhkəməsində hakim Zaur Məmmədovun sərdliyi ilə keçirilən prosesdə onun illərdir ki, məhkəmə salonlarını "gəzən" iddiası əsassız hesab olunub.

AVESTA.AZ Müsavat.com-a istinadən xəbər verir ki, söhbət Mehdiyev və kürəkəni vəzifədə olduğu illərdə şabranlı sahibkar Mansur İbrahimovun əlindən alınan "TurAz" MMC üzərindən sahibkarın özünə qarşı qaldırılmış iddiadan gedir. Bundan əvvəl Ali Məhkəmənin Kommersiya Kollegiyası uzun illərdir davam edən iş üzrə yekun qərarını vermişdi.

Məhkəmə İlham Əlisəftər oğlu Əliyevin "TurAz" MMC-nin adından qaldırdığı iddianı təmin etməmişdi. "TurAz" MMC-nin Mənsur Nəmətulla oğlu İbrahimova, Şabran Bələdiyyəsinə və Şabran Rayon Notariat Kontoruna qarşı qaldırdığı, torpaq sahələrinin alqı-satqısı ilə bağlı əqdin etibarsız hesab olunmasına dair iddia əsassız hesab olunmuşdu. Ali Məhkəmənin qərarından sonra işə Sumqayıt Apellyasiya Məhkəməsində baxış bərpa olunub, bu instansiya da Ramiz Mehdiyevin kürəkəninin iddiasını əsassız hesab edib.

"TurAz" MMC vaxtilə Mansur İbrahimovun tərəfindən yaradılıb, Şabran rayonundakı meyvə bağlarının idarə olunması üçün təsis edilib və bütün fəaliyyətini həmin ərazilərdə qurub. Sahibkar deyir ki, Ramiz Mehdiyev vəzifədə olduğu dövrdə onun kürəkəni İlham Əlisəftər oğlu Əliyev şirkəti və bağları qanunsuz şəkildə ələ keçirib. Sonrakı illərdə məhkəmələrdə şirkətin Mansur İbrahimova məxsusluğu təsdiqlənsə də, həmin qərarların icrası müxtəlif hüquqi maneələr səbəbindən həyata keçirilməyib. Mansur İbrahimov uzun müddətdir ki, İlham Əlisəftər oğlu Əliyevin eyni mahiyyətli iddialarla məhkəmələrə müraciət etməklə prosesi qəsdən uzatdığını bildirirdi.

Qeyd edək ki, Ramiz Mehdiyevin və kürəkəni İlham Əlisəftər oğlu Əliyevin sahibkar Mansur İbrahimova qarşı gördüyü işlər bununla bitmir. 2011-ci ildə o, Sahibkarlığa Kömək Milli Fondundan 1 milyon 200 min manat kredit almaqla yaratdığı "Dostluq-MK" MMC-ni qurub. Sonrakı dövrdə "Dostluq-MK" MMC 160 hektara yaxın torpaq sahələri almaqla genişlənib. Mansur İbrahimov bildirib ki, Ramiz Mehdiyev, kürəkəni İlham Əlisəftər oğlu Əliyev "Dostluq MK" MMC-ni də aldatma, təzyiq, vəzifədən sui-istifadə etməklə zəbt ediblər. Hər il milyonlarla manat gəlir gətirən MMC guya İlham Əlisəftər oğlu Əliyev tərəfindən 5 min manata satın alınıb. Faktiki olaraq isə alqı-satqı formal olub. Bunu Mansur İbrahimovun iddiasına Bakı İnzibati Məhkəməsində baxılarkən İlham Əlisəftər oğlu Əliyevin özü də etiraf edib. O deyib ki, Mansur İbrahimova MMC-yə görə 1 manat belə ödəməyib. Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyev Xaçmaz rayonundan deputat olduğu illərdə Mansur İbrahimova məxsus 2 şirkəti - "TurAZ" MMC və "Dostluq MK"nı onun əlindən alıb. Sahibkara aid torpaq sahələrini, meyvə bağlarını zəbt edib. Mansur İbrahimov Ramiz Mehdiyev və kürəkəni vəzifədə olduğu illərdə onlara qarşı məhkəmələrdə iddialar qaldırmaqla torpaq sahələrinin geri qaytarılmasını tələb edib. Məhkəmələr Mansur İbrahimovun xeyrinə qərar verəndən sonra Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyev ona qarşı iddialar qaldırmaqla bağları sahibinə qaytarılmasını uzatmaqla məşğul olub. Hər dəfə yeni məhkəmə iddiaları ilə proses bilərəkdən uzadılıb və nəticədə Mansur İbrahimova məxsus bağlardan meyvələr yığılaraq satılıb. Bağların talanı bu gün də davam edir.

Paylaş

Xəbər lenti

Bu qidalar beyin damarlarının zədələyə bilər Bu gün, 00:48 Zəngilanın azad edilməsindən 6 il ötür Bu gün, 00:48 Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib? Bu gün, 00:48 Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib Dünən, 23:48 TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə müxtəlif islahatlar planlaşdırılır Dünən, 23:48 Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub Dünən, 23:48 Fransada yeni etiraz aksiyasının tarixi AÇIQLANDI Dünən, 23:48 Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək Dünən, 23:48 Dərs saatları dəyişdirilə bilər? - YENİ TƏKLİF Dünən, 23:48 Mask ara seçkilərdə respublikaçılara 200 milyon dollardan çox ianə edib Dünən, 23:48 Alyona Əliyeva Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılış mərasimindən paylaşım edib Dünən, 22:48 Şimali Koreya Rusiya ilə münasibətlərini "məğlubedilməz" adlandırıb Dünən, 22:48 Tanınmış həkim dünyasını dəyişdi Dünən, 22:48 Sergen Yalçın Türkiyə millisinin sükanı arxasına keçdi Dünən, 22:48 Həkim soyuqdəyməyə səbəb olan 3 vərdişi açıqladı Dünən, 22:48 Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb Dünən, 22:48 Azərbaycanla BMT Xəzərdə suyun səviyyəsinin azalmasını müzakirə edib Dünən, 22:48 Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub Dünən, 22:48 Rəşad Mahmudov: "Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır" Dünən, 21:48 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu Dünən, 21:48 Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb Dünən, 21:48 İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır Dünən, 21:48 Çıxarışsız evlərə böyük MÜJDƏ: Dövlət qeydiyyatı ilə bağlı YENİ TƏKLİF Dünən, 21:48 ARDNF hansı ölkələrin istiqrazlarına daha çox investisiya yatırıb? Dünən, 21:48 Sankt-Peterburqda beş nəfərdə meymunçiçəyi aşkarlandı Dünən, 21:48 Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur Dünən, 21:48 ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb Dünən, 20:48 "Mançester Siti" rekord xalla cəzalandırıla və Premyer Liqanı tərk edə bilər – MEDİA Dünən, 20:48 Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib Dünən, 20:48 TÜRKPA Qadın Parlamentarilər Qrupunun 5-ci iclası keçirilib Dünən, 20:48 ABŞ Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq edib Dünən, 20:48 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib Dünən, 20:48 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb Dünən, 19:48 Rusiya və İran Rəşt-Astara dəmir yolu layihəsini müzakirə ediblər Dünən, 19:48 Azərbaycanın sağlamlıq turizmi "Kurort" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Özbəkistanda təbliğ edilib Dünən, 19:48 Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər Dünən, 19:48 Azərbaycanda kimlərə nə qədər dəfn pulu verilir? - MƏBLƏĞLƏR Dünən, 19:48 Azərbaycan Yunanıstana təbii qaz ixracını 18 %-dən çox artırıb Dünən, 19:48 Səhiyyə sahəsində islahatlar: Hansı yeniliklər olacaq? Dünən, 19:48 Sindi Krouford 27 yaşlı oğlunun ölümündən danışdı: "Səni əbədi sevəcəyik" Dünən, 18:48 "Sabah"a görə bu müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir Dünən, 18:48 ARDNF infrastruktur fondlarına investisiyaları 2 dəfədən çox artırıb Dünən, 18:48 Azərbaycan və BƏƏ pilotlarından havada döyüş manevrləri Dünən, 18:48 Leyla Əliyeva Türkmənistanda səfərdədir Dünən, 18:48 Azercell-in yubiley lotereyasında Fakturasız xətt abunəçiləri üçün hər həftə 7 iPhone və bir Toyota Corolla Cross uduşa çıxarılır! Dünən, 18:48 Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib Dünən, 18:48 Kənd yumurtası baha, fabrik yumurtası ucuz - Səbəbi açıqlandı Dünən, 18:48 "Falçılıq" adı altında dələduzluq edən kişi saxlanılıb Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR