
Türkiyənin Burdur şəhərində sürücü Ünal Oral artıq sərnişinlə tutulmamaq üçün yol polisi postuna çatmamış həyat yoldaşını avtomobildən düşürüb.
AVESTA.AZ xarici mediaya istinadən xəbər verir ki, polislər hadisəni görərək qadını patrul avtomobili ilə nəzarət məntəqəsinə gətiriblər.
Sürücünü cərimələməyən polis əməkdaşı ona zarafatla "ev cəzası" verib və həmin gün evdə qabları yumağı tapşırıb.
Hadisə zamanı polis əməkdaşının sürücü ilə zarafatlaşması ərazidə gülüşə səbəb olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.