
İsrailin Livana hava hücumları nəticəsində ən azı 31 nəfər həlak olub, onlarla insan yaralanıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, nəticədə 149 nəfər yaralanıb.
Xatırladaq ki, şənbə günü - fevralın 28-i İsrail İrana raket zərbələri endirib. Daha sonra ABŞ hücumları İsraillə birgə həyata keçirdiyini bəyan edib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. Hücumlar nəticəsində İranın Ali Dini lideri Əli Xamaneyi və ölkənin bir sıra yüksək rütbəli şəxsləri öldürülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.