
İranın paytaxtı Tehranda yenidən güclü partlayış səsləri eşidilib.
AVESTA.AZ "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, İsrail ordusu Hərbi Hava Qüvvələrinin Tehranın mərkəzində hökuməti hədəf alan "əlavə genişmiqyaslı zərbə"yə başlayıb.
Xatırladaq ki, şənbə günü - fevralın 28-i İsrail İrana raket zərbələri endirib. Daha sonra ABŞ hücumları İsraillə birgə həyata keçirdiyini bəyan edib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. Hücumlar nəticəsində İranın Ali Dini lideri Əli Xamaneyi və ölkənin bir sıra yüksək rütbəli şəxsləri öldürülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.