
ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, ABŞ Hərbi Hava Qüvvələrinin generalı Den Keyn bildirib ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi birgə əməliyyat "bir gecəlik missiya deyil".
AVESTA.AZ xarici mətbuata istinadən xəbər verir ki, Pentaqonda keçirilən mətbuat konfransında çıxış edən general qeyd edib ki, əməliyyatın davamlı xarakter daşıdığı nəzərə alınır.
"Əlavə itkilər gözləyirik. Həmişə olduğu kimi, ABŞ itkilərini minimuma endirmək üçün çalışacağıq. Lakin müdafiə katibinin də vurğuladığı kimi, bu, genişmiqyaslı döyüş əməliyyatlarıdır", - deyə o bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.