
İranda məktəblər 21 mart tarixinə qədər distant təhsil formasına keçirilib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İran Təhsil Nazirliyinin nümayəndəsi məlumat verib.
Bildirilib ki, məktəblərdə bütün əyani dərslər bu ilin sonuna qədər (İrandakı qaydalara görə il 20 martda başa çatır - red.) dayandırılıb.
Xatırladaq ki, daha əvvəl İranda qızlar məktəbinə hücum barədə məlumat verilmişdi. İran öz ərazisinə endirilən zərbələrə görə məsuliyyəti ABŞ-nin üzərinə qoyub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.