6-03-2026, 12:48 228

Kapital Bank-ın təhsil işçilərinə unikal imkanlar yaradan TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu

Daha öncə məlumat verdiyimiz kimi, Kapital Bank, Təhsilin İnkişafı Fondu və "Mastercard" qlobal texnologiya şirkətinin birgə təşkilatçılığı ilə təhsil işçiləri üçün TəhsilPlus layihəsinə start verilib. Təqdimatı ötən il başlanılan layihənin hazırlıq mərhələsi artıq yekunlaşıb. Təhsil müəssisələrində fəaliyyət göstərən şəxslərə müxtəlif güzəşt və imtiyazlar təqdim edən TəhsilPlus kartı ilk olaraq 2022-2025-ci illərdə keçirilən sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstərən, fəaliyyətləri ilə seçilən müəllimlərə təqdim edilib. Qeyd edək ki, layihə təhsilin bütün pillələri üzrə çalışan 450 minə yaxın pedaqoji və inzibati heyəti əhatə edir. TəhsilPlus təhsil işçilərinə əməkhaqqı, debet və giriş kartı olmaqla 3 funksiyanı 1 kartda təqdim edir.

Təqdimetmə mərasiminin baş tutduğu tədbirdə aidiyyatı dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər. Tədbirdə açılış nitqi ilə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli bildirib ki, Fond fəaliyyətini dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi, innovativ layihələrin təşviqi və təhsil müəssisələrinin davamlı dəstəklənməsi prinsipləri əsasında qurur. Onun sözlərinə görə, TələbəPlus kartından sonra TəhsilPlus kartının istifadəyə verilməsi bu strategiyanın davamıdır və təhsil işçiləri üçün vahid, çoxfunksional həll təqdim edir.

Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə isə çıxışında təhsil sahəsinə göstərilən dəstəyin bankın əsas prioritetlərindən biri olduğunu vurğulayıb. "Müasir dövrdə maliyyə alətləri sadəcə ödəniş vasitəsi deyil, gündəlik həyatın rahatlığını təmin edən funksional platformadır. TəhsilPlus kartı vasitəsilə təqdim etdiyimiz güzəştlər, bonus imkanları və tərəfdaş şəbəkəsi müəllimlərimizin gündəlik həyatına real töhfə verəcək. Bu layihənin ən önəmli tərəflərindən biri isə onun dövlət-özəl tərəfdaşlığı modeli əsasında qurulmasıdır. Biz inanırıq ki, dayanıqlı inkişaf yalnız birgə əməkdaşlıq nəticəsində mümkündür. Bizim məqsədimiz sadəcə kart təqdim etmək deyil, eyni zamanda təhsil işçiləri üçün vahid, çoxfunksiyalı və uzunmüddətli həll yaratmaqdır".

"Mastercard"ın Biznes inkişafı üzrə vitse-prezidenti Engin Yaşar isə qeyd edib: "Biz inanırıq ki, innovasiya maliyyə inklüzivliyi ilə paralel şəkildə inkişaf etməlidir. TəhsilPlus kartı rəqəmsal texnologiyaların təhsil işçilərini təhlükəsiz, çoxfunksiyalı və gələcəyə yönəlik həllərlə gücləndirərək real və davamlı təsir yaradır. Azərbaycanda güclü tərəfdaşlıqlar vasitəsilə biz maliyyə inklüzivliyini dəstəkləməyə və müasir ödəniş ekosistemlərinə çıxışı genişləndirməyə davam edirik".

Rəsmi hissənin ardından TəhsilPlus kartının tanıtım çarxı nümayiş olunub. Çarxda kartın dizaynı, funksionallığı, tərəfdaş şəbəkəsi üzrə təqdim edilən güzəşt və bonus imkanları, həmçinin "Mastercard Priceless Specials" proqramı çərçivəsində tətbiq olunan endirimlər əks etdirilib.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

Paylaş

Xəbər lenti

AZAL sərnişin müraciətlərinin emalını süni intellektlə sürətləndirəcək Bu gün, 20:48 Əli Nağıyev Qazaxıstana səfər edib Bu gün, 20:48 BƏƏ-dən Azərbaycana pul köçürmələri 25 %-dən çox artıb Bu gün, 20:48 2027-ci ildə ABŞ dolları neçə manat olacaq? - RƏSMİ AÇIQLAMA Bu gün, 20:48 Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb Bu gün, 19:48 Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə artırılır Bu gün, 19:48 Bakıda ötən gün avtobuslarla 2 milyondan çox sərnişin daşınıb Bu gün, 19:48 Moskva və Bakı münasibətləri müzakirə edildi Bu gün, 19:48 Bakıdakı ŞOK QİYMƏTLƏR: 1.5 milyona mənzil, 7 min manatlıq kirayə ev... Bu gün, 18:48 100 il ərzində su altında qala biləcək şəhərlər açıqlanıb – Türkiyədən 2 şəhər ilk 10-luqda Bu gün, 18:48 İnfarkt, insult yarada bilən "arıqlama" məhsulları aşkarlandı: XƏBƏRDARLIQ Bu gün, 18:48 AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib Bu gün, 18:48 Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq Bu gün, 18:48 Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq Bu gün, 18:48 Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kayanın diplomatik fəaliyyət müddəti başa çatıb Bu gün, 18:48 SOCAR "Baleine" layihəsi üzrə 10 %-lik pay əldə olunmasını başa çatdırıb Bu gün, 17:48 Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər Bu gün, 17:48 Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu Bu gün, 17:48 Rumıniya nəşri Prezident İlham Əliyevin Avropa Parlamenti barədə fikirlərini dərc edib Bu gün, 17:48 Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar Bu gün, 17:48 AZAL Astanada regional biznes sammitlərinə qatılıb Bu gün, 17:48 Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı Bu gün, 17:48 Şəhidin 1 yaşlı nəvəsi qızdırmadan öldü Bu gün, 17:48 Müntəzəm kitab oxumaq Alzheimer riskini 33%-dək azalda bilər Bu gün, 17:48 Badamdarda yaşayış binasında partlayışda xəsarət alan şəxsin vəziyyəti ağırdır Bu gün, 17:48 Yeni qalmaqal: Dəniz Əsədovanı hansı tanınmışın vəkili həbs etdirib? Bu gün, 17:48 Birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayılan qızla oğlan polisə çağırıldılar Bu gün, 16:48 Xankəndi və Füzulidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə verilib Bu gün, 16:48 Ramiz Mehdiyevin işində onlar da dindirilib - Yeni adlar Bu gün, 16:48 Məktəbdə parta daşıyan şagirdlərlə bağlı AÇIQLAMA Bu gün, 16:48 Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib Bu gün, 16:48 Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır Bu gün, 16:48 İcra hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ Bu gün, 16:48 "Neftçi" Azərbaycan çempionatlarında 1000-ci oyununa çıxacaq Bu gün, 16:48 Bolt for Business Baku ID 2026-nın dəstək tərəfdaşıdır Bu gün, 16:48 Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib Bu gün, 16:48 Müğənni Nyu-York Moda Həftəsində ön sıradakı yerə görə hücuma məruz qalıb Bu gün, 16:48 "Kurtlar Vadisi Pusu" ilə bağlı istintaq başladı Bu gün, 15:48 ADY: Yeni tədris ilinin ilk günündə qatarlarda rekord sayda sərnişin daşınıb Bu gün, 15:48 Hikmət Hacıyev: Azərbaycan və BƏƏ həmfikir, strateji tərəfdaşdır Bu gün, 15:48 Seda Sayandan oğluna: "Ayıbdır, artıq evlənsin!" Bu gün, 15:48 "Badamlı" suyunu mamır basıb? - İDDİA Bu gün, 15:48 Kamran Əliyev Şamaxıda vətəndaşları qəbul edib Bu gün, 15:48 Bakıda AĞLASIĞMAZ QANUN POZUNTUSU - Qoşa xətti pozub qırıq-qırıq etdilər Bu gün, 15:48 Qarayazı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası təsdiq edilib Bu gün, 15:48 Rusiyanın modernləşdirilmiş "Vampir" qumbaraatanı Afrikada ilk dəfə nümayiş etdiriləcək Bu gün, 15:48 Cəlilabadda 18 kiloqramdan çox narkotik vasitə aşkarlanıb Bu gün, 15:48 Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR