
Dünya şöhrətli müğənni Rihannanın ABŞ-nin Beverly Hills şəhərində yerləşən evi atəşə tutulub.
BAKU.WS xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Los Angeles Times məlumat yayıb.
Bildirilib ki, hadisə ilə bağlı 30 yaşlı qadın saxlanılıb. İstintaqın ilkin məlumatına görə, şübhəli şəxs avtomobildə olarkən müğənninin malikanəsinə doğru təxminən 10 dəfə atəş açıb.
Hadisə zamanı Rihanna evdə olub. Xoşbəxtlikdən atışma nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma davam edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.