20-12-2022, 21:24 96

Xankəndi-Laçın yolundakı aksiya iştirakçılarına yüksək səviyyədə şərait yaradılıb

Hazırda hava şəraitinin soyuq olmasına baxmayaraq, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, QHT fəalları tərəfindən müstəqil şəkildə təmin edilən çadırlar və konteynerlərdə yüksək səviyyədə şərait yaradılıb.

Belə ki, aksiya iştirakçıları gün ərzində davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunurlar.

Bundan başqa, hava şəraiti nəzərə alaraq, QHT fəalları fasiləsiz dinc aksiya iştirakçıları üçün yolun kənarına çəlləklər gətiriblər. Çəlləklərin içərisində isə tonqallar qalanır.

Həmçinin aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.

Eyni zamanda fasiləsiz dinc aksiyanın ilk günlərindən Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının həkimləri əraziyə gələrək səyyar tibb məntəqəsi yaradıblar, iştirakçılara zəruri tibbi yardım göstərirlər.

Hazırda aksiya iştirakçıları “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 9 gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Foto: Vüqar Xanlarov

Paylaş

Xəbər lenti

KİV: İsrail Qırmızı dənizə döyüş gəmiləri və sualtı qayıq göndərib Dünən, 22:55 Estoniya-Rusiya sərhədi istənilən vaxt bağlana bilər Dünən, 22:32 Tanzaniyada daşqınlar 20 nəfərin həyatına son qoyub Dünən, 22:16 Yevlaxda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb Dünən, 21:52 ABŞ esminesi PUA-lar və raketlərlə hücuma məruz qalıb Dünən, 21:45 Şəmkirdə yol kənarında meyit tapılıb Dünən, 21:21 Polislərə daşla xəsarət yetirmək istəyənlər həbs edilib, bir polis əməkdaşı işdən çıxarılıb Dünən, 21:12 Hindistan bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı sənədi imzalamayıb Dünən, 20:52 İsrail terrorçuların hədəflərinə 10 mindən çox hava zərbəsi endirib Dünən, 20:31 Saatlıda 31 odlu silah təhvil götürülüb Dünən, 20:16 Yəmənin husi üsyançıları Britaniya gəmisinə hücum edib Dünən, 19:56 Ağ Ev İsrailin HƏMAS rəhbərliyinin məhv etməsini faydalı taktika hesab edir Dünən, 19:13 Qəzza zolağında ölənlərin sayı 15 523 nəfərə çatıb Dünən, 18:43 Bakıda 53 yaşlı kişi intihar edib Dünən, 18:19 Çexiyada yük qatarları toqquşub, xəsarət alan var Dünən, 18:03 ÜST: 3,3 milyard insan qlobal istiləşmədən əziyyət çəkir Dünən, 17:58 Pentaqon ABŞ-da silah istehsalının sürətindən razı deyil Dünən, 17:32 Gürcüstanda "Heydər Əliyev 100" adlı bilik yarışması keçirilib Dünən, 17:17 Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq Dünən, 16:59 Premyer Liqa: "Sabah" səfərdə "Kəpəz"ə qalib gəlib Dünən, 16:55 İsrail Qəzzanın cənubundakı sakinləri təxliyə etməyə çağırır Dünən, 16:51 ABŞ 2024-cü ildə Asiyada ortamənzilli raketlər yerləşdirməyi planlaşdırır Dünən, 16:27 Filippin sahillərində güclü zəlzələ baş verib Dünən, 15:51 Boks üzrə Azərbaycan çempionatına start verilib - YENİLƏNİB Dünən, 15:43 Vətən Müharibəsi qəhrəmanlarının xatirəsi anılıb Dünən, 15:31 Filippinin Çinlə mübahisəli ərazisində döyüş gəmiləri müşahidə olunub Dünən, 15:09 Dövlət İmtahan Mərkəzində rəqəmsal SAT imtahanı keçirilib Dünən, 14:43 Dumana görə görünüş məsafəsi məhdudlaşacaq Dünən, 13:34 Gürcü ekspert: "Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər” Dünən, 13:23 Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirini 3 medalla başa vurublar - YENİLƏNİB Dünən, 13:06 Ermənistanın Ombudsmanı: “Əlillərimiz bir çox problemlərlə üzləşirlər” Dünən, 12:58 Azərbaycan cüdoçusu Tokioda Böyük Dəbilqənin bürünc medalını qazanıb Dünən, 12:39 Bakıda hava küləkli keçəcək, bəzi rayonlarda duman olacaq Dünən, 12:21 Dubayda azad edilmiş ərazilərdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi müzakirə olunub Dünən, 12:08 MEDİA Yalçın Əlizadənin yaxınlarına başsağlığı verib Dünən, 12:04 Ağsu və Mingəçevir sakinləri odlu silahları polisə könüllü təhvil veriblər Dünən, 11:54 İcma: BMT-nin mədəni hüquqlar üzrə xüsusi məruzəçisi cəfəng iddialarla çıxış edib Dünən, 11:52 Bakıda Azadlıq prospekti - Dilarə Əliyeva küçəsinin kəsişməsindəki yolda məhdudiyyət tətbiq edilib Dünən, 11:45 İcma: Ermənilərin “Arte” telekanalındakı fikirləri Azərbaycana qarşı etnik nifrətini sübut edir Dünən, 11:34 Azərbaycan səfirliyi Aşqabadda “Qış Milli Mətbəx Xeyriyyə Festival”ında iştirak edib Dünən, 11:29 Bu gün boks üzrə Azərbaycan çempionatına start veriləcək Dünən, 11:23 Britaniyanın HHQ girovları axtarmaq üçün Qəzzada kəşfiyyat uçuşları keçirəcək Dünən, 11:03 Futzal üzrə Avropa çempionatının final mərhələsi iki şəhərdə keçiriləcək Dünən, 10:36 Qusarda avtomobil piyadanı vuraraq öldürüb Dünən, 10:27 Qəza ilə əlaqədar Bakının 3 rayonunda içməli suyun verilişində məhdudiyyətlər olacaq Dünən, 10:24 Premyer Liqa: bu gün “Sabah” səfər, “Neftçi” ev oyununa çıxacaq Dünən, 10:21 Yevlaxda 57 yaşlı kişi intihar edib Dünən, 10:03 KXDR kəşfiyyat peyki üzrə idarəni işə salıb Dünən, 09:57

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR