13-03-2026, 11:48 559

Bu gün

Bu gün həm ayın 13-nə, həm də cümə gününə təsadüf edir. Qərb ölkələrində geniş yayılmış inanclara görə, bu tarix "Cümə, ayın 13-ü" kimi tanınır və uzun illərdir uğursuz gün hesab edilir.

AVESTA.AZ xəbər verir ki, tarixçilərin və araşdırmaçıların fikrincə, bu inanc əsasən Qərb mədəniyyətində formalaşıb və iki ayrı mifin birləşməsindən yaranıb. Belə hesab edirlər ki, 13 rəqəmi uğursuzdur, cümə günündə isə mənfi hadisələr daha çox baş verir. Orta əsrlərdən bəri bəzi inanclara görə cümə günü yeni işə başlamaq və ya səfərə çıxmaq uğursuz hesab olunurdu.

13 rəqəmi ilə bağlı inancın kökləri də müxtəlif dini və tarixi hadisələrlə əlaqələndirilir. Xristian ənənəsində İsa Məsihin son şam yeməyində 13 nəfərin iştirak etdiyi, ertəsi gün, yəni cümə günü çarmıxa çəkildiyi qeyd olunur. Bu səbəbdən bəzi inanclara görə 13 rəqəmi ilə cümə gününün üst-üstə düşməsi "ikiqat uğursuzluq" kimi qəbul edilməyə başlayıb.

Tarixdə bu tarixlə əlaqələndirilən hadisələrdən biri də 1307-ci il oktyabrın 13-də baş verib. Həmin gün Fransa kralı IV Filipp Tampliyer ordeninin üzvlərinin kütləvi şəkildə həbs olunması barədə göstəriş verib. Bəzi tədqiqatçılar hesab edir ki, bu hadisə də "Cümə, ayın 13-ü"nün uğursuz gün kimi tanınmasına təsir göstərib.

Araşdırmalara görə, təqvimdə hər il ən azı bir dəfə "Cümə, ayın 13-ü" olur, bəzi illərdə isə bu tarix üç dəfə təkrarlana bilər. 2026-cı ildə belə günlər fevralın 13-ü, martın 13-ü və noyabrın 13-nə təsadüf edir.

Bununla yanaşı, alimlər və statistik araşdırmalar bu günün digər tarixlərlə müqayisədə daha çox bədbəxt hadisə ilə müşayiət olunduğunu təsdiqləmir. Mütəxəssislərin fikrincə, "Cümə, ayın 13-ü" ilə bağlı qorxu daha çox folklor, mədəni inanclar və psixoloji təsəvvürlərlə bağlıdır.

Qeyd etmək lazımdır ki, bu inanc dünyanın bütün ölkələrində eyni şəkildə qəbul edilmir. Məsələn, İspaniya və Yunanıstanda uğursuz gün kimi "ayının 13-nə təsadüf edən çərşənbə axşamı" göstərilir.

Beləliklə, "Cümə, ayın 13-ü" tarixən müxtəlif mif və inanclarla əlaqələndirilsə də, elmi baxımdan digər günlərdən fərqli və ya təhlükəli hesab edilmir. Buna baxmayaraq, dünyanın bəzi ölkələrində insanlar bu tarixdə mühüm qərarlar verməkdən və ya riskli addımlar atmaqdan çəkinməyə üstünlük verirlər.

Paylaş

Xəbər lenti

Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48 Bakıda doqquz istiqamətdə tıxac yaranıb Bu gün, 08:48 Bakıda Çempionlar Liqası həyəcanı: "Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq Bu gün, 08:48 Zəhra Əkbərova direktor təyin edildi Bu gün, 08:48 Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Dünən, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Dünən, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Dünən, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Dünən, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Dünən, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Dünən, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Dünən, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Dünən, 19:48 XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır Dünən, 19:48 Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı Dünən, 19:48 Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi Dünən, 19:48 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s-dir - Faktiki hava Dünən, 19:48 2027-ci ildə səyahət etmək üçün ən ucuz 9 ölkə Dünən, 18:48 Sabah 18 avtobus öz yolu ilə getməyəcək Dünən, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb Dünən, 18:48 Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi Dünən, 18:48 Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub Dünən, 18:48 Bu rayonda 5 küçənin yolları TƏMİR OLUNACAQ Dünən, 18:48 Şəkərli diabet xəstələri üçün MÜJDƏ Dünən, 18:48 Hər gün istifadə etdilən ədviyyatla bağlı XƏBƏRDARLIQ - Tərkibində təhlükəli maddə ola bilər Dünən, 17:48 Hörmüz boğazında üç gəmi atəşə tutuldu Dünən, 17:48 Mətbuat Şurasından media qurumlarına və jurnalistlərə ÇAĞIRIŞ Dünən, 17:48 Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub Dünən, 17:48 Aylıq 445 manat ödəməklə MƏNZİL SAHİBİ ola bilərsiniz! Dünən, 17:48 Ayağı olmayan basketbolçu 11 zorlama ittihamı ilə üzləşib Dünən, 17:48 Torpaq sahəsi olanlara ŞAD XƏBƏR - Dəyişiklik edilir Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR