
Niderlandın paytaxtı Amsterdam şəhərində yəhudi məktəbində partlayış baş verib.
AVESTA.AZ xəbər verir ki, hadisə barədə "AD News" məlumat yayıb.
Bildirilib ki, insident martın 14-nə keçən gecə qeydə alınıb. Partlayışdan dərhal sonra polis və yanğınsöndürən briqadalar hadisə yerinə cəlb olunub.
Şəhərin meri Femke Halsema açıqlamasında partlayış nəticəsində dəyən ziyanın "əhəmiyyətsiz" olduğunu bildirib. O qeyd edib ki, hüquq-mühafizə orqanları hadisəni yəhudi icmasına qarşı məqsədli hücum kimi qiymətləndirir.
"Şagirdlər üçün məktəb təhlükəsiz məkan olmalıdır. Amsterdam yəhudilərin təhlükəsiz yaşaya bildiyi şəhər olmalıdır", - deyə mer vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.