16-03-2026, 00:48 253

Əmək bazarında yeni dinamika - Yerli kadrlar əcnəbi işçiləri üstələyirlər

Ötən ilin yekunlarına görə, Azərbaycanda əmək bazarında xarici işçi qüvvəsinin dinamikası müəyyən dəyişikliklərlə müşahidə olunub. Rəsmi statistikaya əsasən, 2025-ci ilin sonuna ölkədə qüvvədə olan iş icazələrinin sayı 7 990 nəfər təşkil edib. Bu göstərici 2024-cü ilin sonundakı 8 141 nəfərlə müqayisədə 151 nəfər və ya təxminən 1.9 faiz azdır. Maraqlıdır, görəsən, bu azalmanın əsas səbəbi nədir?

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Əmək bazarında yeni dinamika - Yerli kadrlar əcnəbi işçiləri üstələyirlər

Tikinti sektoru liderdir

Sahələr üzrə bölgüyə nəzər saldıqda, tikinti sektorunun lider mövqedə qaldığı görünür. 2025-ci ildə tikintidə çalışan əcnəbilərin xüsusi çəkisi 34.3 faiz təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 0.4 faiz bəndi azalsa da, sektorun ümumi strukturda dominantlığını qoruduğunu göstərir. Mədənçıxarma sənayesində isə əks tendensiya müşahidə olunur. 2024-cü ildə 9.8 faiz olan pay 2025-ci ildə 10 faizə yüksəlib. Enerji və xammal sektorunda texnoloji bilik və spesifik təcrübə tələb edən sahələrdə xarici mütəxəssislərə ehtiyacın davam etməsi bu artımı izah edir. Emal sənayesində isə müəyyən geriləmə qeydə alınıb. Əgər 2024-cü ildə bu sahənin payı 9.3 faiz idisə, 2025-ci ildə 8.9 faizə enib. Turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda daha nəzərəçarpan azalma müşahidə edilib. 2024-cü ildə 8.6 faiz olan pay 2025-ci ildə 7.6 faizə düşüb.

Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində də azalma qeydə alınıb. 6.1 faizdən 5.6 faizə enən göstərici bu istiqamətdə xarici işçi qüvvəsinə tələbatın nisbətən zəiflədiyini göstərir. Eyni zamanda, təhsil sektorunda artım diqqət çəkir. 2024-cü ildə 5.4 faiz olan pay 2025-ci ildə 5.7 faizə yüksəlib.

Əmək bazarında yeni dinamika - Yerli kadrlar əcnəbi işçiləri üstələyirlər

İşçiyə ehtiyac azalıb?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, Azərbaycanda əcnəbi vətəndaşların iş icazələri peşə və ərazi üzrə deyil, ümumi kvota əsasında müəyyən olunur. Miqrasiya qanunvericiliyinə görə, iş icazəsi əcnəbilərə bir il müddətinə verilir. Qarabağdakı yenidənqurma işləri ilə əlaqədar bəzi hallarda bu müddət iki ilə qədər uzadılıb. S.Məmmədov ehtimal edir ki, həmin ərazilərdə işçi ehtiyacı azalıb: "Əvvəllər hətta ixtisaslı fəhlələrə, mürəkkəb montaj və elektrik işləri üzrə kadrlara, habelə mühəndislərə böyük tələbat var idi. Görünür, hazırda bu işlərdə xarici işçilərə ehtiyac minimuma enib".

Ekspert hesab edir ki, bu tendensiyanın həm müsbət, həm də mənfi tərəfləri var: "Müsbət tərəfi odur ki, yerli işçi qüvvəsinin kvalifikasiyası artıb və ixtisaslı işləri yerli əmək bazarı təmin edə bilir. Mənfi tərəfi isə infrastruktur layihələrinin həcminin azalması ilə bağlı ola bilər".

Əmək bazarında yeni dinamika - Yerli kadrlar əcnəbi işçiləri üstələyirlər

Kəmiyyət keyfiyyətə dəyişib

Millət vəkili Azər Allahverənov deyib ki, əməkçi miqrantların sayının azalması bir neçə amillə bağlıdır. Azərbaycanda azalma, əsasən, yerli şərait və iqtisadi faktorlardan qaynaqlanır.

Deputatın sözlərinə görə, pandemiya dövründə iqtisadi sahələrdə layihələrin dayandırılması əməkçi miqrantların iş imkanlarını məhdudlaşdırıb, bu isə öz növbəsində iş yerlərinin bağlanmasına səbəb olub: "Amma sonrakı illərə nəzər saldıqda görürük ki, miqrasiya mübadiləsi templəri sabitləşib. Əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin sayında müəyyən hərəkətlənmə müşahidə olunur. Bu da onunla bağlıdır ki, yerli qanunvericilikdə əməkçi miqrantlar məsələsində yeni bir yanaşma sərgilənməyə başlayıb. Yəni, qanunvericilikdə yüksək ixtisasa malik miqrantlara xüsusi diqqət göstərilir ki, nəticədə kəmiyyət-keyfiyyət dəyişiklikləri yaranıb".

Əmək bazarında yeni dinamika - Yerli kadrlar əcnəbi işçiləri üstələyirlər

A.Allahverənov, həmçinin bildirib ki, hazırda əcnəbi miqrantların əsas fəaliyyət sahələri neft-qaz, tikinti, yüksək texnologiyalar və sahibkarlıqdır: "Əsas pay neft-qaz sektoruna aiddir. Amma işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq layihələrində də xeyli xarici şirkət fəaliyyət göstərir və onlar birbaşa ixtisaslı miqrantların xidmətindən istifadə edirlər. Bizdə əmək bazarında əməkçi miqrantlarla bağlı bir neçə alət var. Onların arasında əmək kvotalarının verilməsi, fərdi uçot sistemində qeydiyyat məsələsi çox vacib alətlərdir. Məsələn, işğaldan azad olunmuş ərazilərdə əmək kvotası yoxdur. Amma əcnəbilərin fərdi uçot sistemində qeydiyyatı tələbi qüvvədə qalır. Ümumilikdə iş icazələrinin verilməsi məhz kvota çərçivəsində həyata keçirilir. İş icazəsi olmadan əcnəbi Azərbaycanda əmək fəaliyyəti ilə məşğul ola bilməz. Amma burada da istisnalar mövcuddur. Miqrasiya Məcəlləsində konkret müddəalar var. Hansı ki, həmin müddəalar əcnəbi miqrantı iş icazəsi almaqdan azad edir".

Yerli kadrlar üstünlük qazanırlar

Deputat onu da əlavə edib ki, son illər əmək bazarında yerli kadrların rəqabət qabiliyyəti artıb: "Azalma həm də onunla bağlı ola bilər ki, əmək bazarında yerli kadrlar rəqabətə daha dayanıqlıdır. Tarixi misal kimi, 1994-cü ildə "Əsrin müqaviləsi" imzalandıqdan sonra neft-qaz sektorunda konsorsiumlarda əməkçi heyətin 85-90 faizi əcnəbilərdən ibarət idi. Lakin hökumətin tələbi ilə yerli kadrların formalaşdırılması və yetişdirilməsi nəticəsində hazırda iri xarici şirkətlərin əməkdaşlarının 95 faizi yerli mütəxəssislərdən ibarətdir".

Əmək bazarında yeni dinamika - Yerli kadrlar əcnəbi işçiləri üstələyirlər

Azalma müvəqqətidir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) iqtisadiyyat kafedrasının dosenti, iqtisad elmləri namizədi Emin Qəribli isə bildirib ki, Azərbaycanda əcnəbi işçilərin böyük əksəriyyəti neft sektorunda çalışır: "Hazırda ölkədə neft sahəsində müvəqqəti azalmalar müşahidə olunur ki, bu da xarici işçilərin sayına təsir edən əsas amillərdən biridir".

E.Qəribli vurğulayıb ki, Qarabağ və Ələt iqtisadi zonalarındakı böyük investisiya layihələri ixtisaslı kadrlar üçün tələbatı yaxın gələcəkdə artıracaq. Onun sözlərinə görə, ölkədə investisiyaların dinamikası müsbətdir, lakin cari ilin iqtisadi artımı bir qədər zəifdir. Qonşu ölkələrdə yaranmış gərginliklər də regiona təsirsiz ötüşmür. Ekspert qeyd edib ki, iqtisadi aktivliklə bağlı xarici işçi sayında dalğalanmalar həmişə müşahidə olunub və bu azalmanın müvəqqəti xarakter daşıdığını düşünür.

Paylaş

Xəbər lenti

Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR