7-04-2022, 20:20 1068

Sərnişindaşıma şirkələri gediş haqqının qaldırılmasını tələb etdi -

Bakıda şəhərdaxili sərnişin daşımaları ilə məşğul olan bir qrup şirkət bu sahədə yaranmış vəziyyət və qiymətlərlə bağlı hökumətə müraciət edib.

Avesta FED.az-a istinadən xəbər verir ki, sahibkarlar müraciətdə ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflərin qəbul edilməsini və müvafiq qurumların onlara dəstək olmaqlarını istəyiblər.

Onlar avtobusları ölkəyə yüksək qiymətə (orta 120-150 min avro) gətirdiklərini, digər xidmətlər üzrə qiymət artımının olmasını və bunun da şirkətə əlavə xərclər yaratdığını bildiriblər. 

Müraciətdə bildirilir ki, dünyada gedən qlobal proseslər, məhsul və xidmətlərin dəyərinin durmadan yüksəlməsi nəticəsində Azərbaycanda və region ölkələrində son aylar qiymətlər ciddi şəkildə artmaqdadır. Hazırkı şəraitdə Azərbaycanda qiymət artımının olmadığı nadir sahələrdən biri müntəzəm sərnişindaşıma xidmətidir.

Şirkətlər bildirir ki, Azərbaycanda dövlətin nəzarət etdiyi və Tarif Şurası tərəfindən müəyyən edilən ictimai nəqliyyatda gediş haqqı artırılmayıb: «Bununla belə ictimai nəqliyyat sahəsindəki qurumların xərcləri kifayət qədər artıb. Ümumi qiymət artımı, xarici ölkələrdən alınan mal və xidmətlər, həmçinin işçilərin sosial təminatı, sığortası və sairlə bağlı xərclərin son 2-3 ildə kifayət qədər artması ictimai nəqliyyat fəaliyyəti göstərən dövlət və özəl şirkətləri çətin duruma salıb».

Məsələ ilə bağlı danışan «Ayşən LTD» MMC-nin rəhbəri İradə Əliyeva bildirib ki, hazırda nəqliyyat şirkətləri ağır vəziyyətdədir.

Onun sözlərinə görə, indiki iqtisadi vəziyyətlə müqayisə edəndə ictimai nəqliyyat ödənişi çox aşağı səviyyədədir:

“Yerli idarəedici orqanlardan həmişə diqqət görmüşəm. Lakin yaxşı olar ki, dövlət dəstəyi bir az da artırılsın. Həm kreditin əldə edilməsi, həm gediş qiymətləri artırılsın. Çünki bu gün qiymətlər çox aşağı səviyyədədir. Avtobusların gətirilməsi ilə bağlı ciddi tələblər var. Bu tələblərə əsasən ölkəyə gətirilən avrobusların qiyməti 120 – 150 min avro ətrafındadır. Bu da yüksək qiymətdir, buna baxanda bugünkü gediş ödənişinin aşağı qiymətdə olduğunu düşünürəm. O qiymətlə 150 min avroluq avtobusu gətirmək çətindir. Bu, həm də sahibkar üçün böyük risk deməkdir».

Şirkətlər qiymət artımı ilə bağlı qonşu ölkələrdəki vəziyyəti xatırladırlar: «2022-ci ilin geridə qalan 3 ayı ərzində Türkiyə, Rusiya, İran və Gürcüstanda ictimai nəqliyyatda gediş haqqı dəyəri artıb. Belə ki, Türkiyənin Ankara şəhərində ictimai nəqliyyat xidməti 44 faiz, Gürcüstanda 2 dəfə, İranın Təbriz şəhərində 30 faiz, Rusiya paytaxtında isə 15 faiz nisbətində artırılıb».

Daha bir nəqliyyat şirkəti «Çinar Trans» MMC-nin nümayəndəsi İsmayıl Hüseynov da FED.az-a açıqlamasında hazırki gediş haqqının nəqliyyat şirkətləri üçün çətinlik yaratdığını bildirib.

İ.Hüseynov bildirib ki, bu gün daşımalarda tətbiq edilən 30 qəpiklik gediş haqqı yalnız yanacaq və sürücünün əmək haqqını ödəməyə kifayət edir:  «Nəqliyyatın ehtiyat hissəsini almağa isə pul qalmır. Buna görə də maşınları tam saz saxlaya bilmirik, çünki günbəgün maddi cəhətdən geriyə gedirik. Gediş haqqı məncə, 50 qəpik olmalıdır. Gediş haqqı artırılsa dövlətin kompensasiyasına ehtiyac qalmaz».

Şirkət rəhbəri gediş haqqının azlığı ilə yanaşı, , nəqliyyatın sığortalanmasındakı problemləri qeyd edib: «Bu gün sığorta ilə bağlı çox ciddi problemlərimiz var. Gündə 17-18 saat xətdə olan avtobusda hadisənin olmaması mümkünsüzdür. Hadisəyə görə də cərimə (malus balları) yığılır. Ümumiyyətlə sığorta şirkətlərinin 90%-i maşını sığortalamır, sığortalayanda da 1 maşının sığortası təqribən 720 manata başa gəlir. Bu isə çox yüksək məbləğdir. Biz maşınları Türkiyədən 400 min manata yaxın qiymətə gətiririk. Hazırda balansımızda 241 ədəd maşın var. Hazırki gediş haqqı ilə bu maşınları normal saxlamaq çox çətindir».

Qeyd edək ki, şirkətlərin hesablamalarına görə, tələblərə əməl etmək və zərərlə işləməmək üçün gediş haqqı indiki  30 qəpikdən 45-50 qəpiyədək artırılmalıdır. Bəzi şirkətlərin hesablamalarında isə gediş haqqının maya dəyəri 80 qəpiyədək yüksəlir.  

Bakıda sərnişin daşıma ilə məşğul olan iri şirkətlərdən biri – «Xaliq Faiqoğlu» da hökumətə müraciət edənlər arasındadır. Şirkətdən FED.az-a bildirilib ki, indiki gediş haqqı avtobus şirkətləri üçün qətiyyən əlverişli deyil, şirkətlərin istismar və digər xərclərini nəzərə alanda bir sərnişinin daşımasına sərf edilən vəsait – maya dəyəri gediş haqqını üstələyir. «Şirkət hökumətin tələb etdiyi, müasir, avropa istehsalı olan avtobusları gətiribsə və onlarla işləyirsə, indiki gediş haqqı xərcləri qarşılamır, köhnə, istismara yararsz avtobuslarla xidmət bəlkə də sərfəli ola bilər, amma standartlara uyğun avtobğuslarda xərclər qa-qat yüksəkdir». Üstəlik, şirkətlər avtobusların alınması üçün byöük kreditlər götürüb və onları qaytarmaq üçün də ödənişlər edirlər, bu da son nəticədə şirkətlərin xərclərini artırır. 

Belə halda bəzi şirkətlərdə sərnişinin daşınması üçün maya dəyəri 80 qəpiyə qədər yüksəlir.

Şirkətdən Fbildirilib ki, vəziyyətdən çıxmaq üçün gediş haqqı artırılmalı və ya nəqliyyat şirkətlərinə kompensasiya evrilməlidir.

Qeyd edək ki, “Xaliq Faiqoğlu” şirkəti də avtobusları Azərbaycana 200 min avroya və ya 400 min manata gətirir. Sonuncu dəfə Türkiyədən 50 ədəd belə avtobus alınıb.

Sərnişin daşıma şirkətləri bildirir ki, bir çox ölkələrdə ictimai nəqliyyat dövlət dotasiyası hesabına fəaliyyət göstərir. Azərbaycanda isə Bakı Metropoliteni və 2015-ci ildən fəaliyyət göstərən “Bakubus” MMC-ni çıxmaq şərtilə özəl şirkətlər heç bir dəstək almamaqla yanaşı, bahalaşan şərtlər altında fəaliyyətini davam etdirmək məcburiyyətindədir.

Bununla əlaqədar olaraq sərnişindaşıma fəaliyyəti göstərən özəl şirkətlər dövlət qurumlarına zərərin qarşılanması ilə bağlı müraciət ünvanlayaraq, Tarif Şurasına da gediş haqqının artırılması ilə bağlı müraciət ediblər.

 

Paylaş

Xəbər lenti

UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub Bu gün, 02:48 "Vikinq" - "Sabah" oyununda dördüncü qol vurulub Bu gün, 01:48 UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb Bu gün, 00:48 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib Bu gün, 00:48 Iğdır şəhərində 8 Noyabr - Zəfər Günü qeyd olunur Bu gün, 00:48 "Vikinq" - "Sabah" oyununda hesabı bərabərləşib Bu gün, 00:48 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 23:48 "Etibarsız" pulu bu yolla "etibarlı" etdilər Dünən, 23:48 Kallas: Aİ Ukrayna ilə bağlı danışıqlarda Rusiyaya irəli sürülən tələblərin nəzərə alınacağına ümid edir Dünən, 23:48 Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır – Vətəndaşlar narazıdır Dünən, 23:48 Bakının bu həyətində sakinlər rahatlıq tapa bilmir – Əyyaşlar məhəlləni ələ keçirib Dünən, 23:48 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq Dünən, 22:48 Podiumlardan mətbəxə: Məşhur model restoran açıb, yemək bişirir Dünən, 22:48 BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar Dünən, 22:48 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər Dünən, 22:48 Tez-tez xəstələnənlərin nəzərinə - Həkimdən vacib tövsiyələr Dünən, 22:48 Azərbaycanın Xorvatiyadakı səfiri: Minalardan təmizləmə prosesi beynəlxalq əməkdaşlıq və dəstək tələb edir Dünən, 22:48 10-a yaxın kənd işıqsız qaldı Dünən, 21:48 Xamenei: "ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək" Dünən, 21:48 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq Dünən, 21:48 Əlillik təyinatından razı qalmayan şəxslər yenidən müayinədən keçə bilərlər - QAYDA Dünən, 21:48 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı Dünən, 21:48 Şəhid anasının həyatını itirdiyi qəza necə baş verib? Dünən, 20:48 Mourinyo: "Bu, çox ağır və kədərlidir" Dünən, 20:48 "Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin milli komandasına dəvət alıb Dünən, 20:48 Azərbaycanda təbii qaz hasilatı gələn il 1,5 % artacaq Dünən, 20:48 Tramp iki Avropa ölkəsinin gələcəyi ilə bağlı proqnoz verdi Dünən, 20:48 Yol vergisindən daxilolmalar azalacaq Dünən, 20:48 "Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti matçını keçirib Dünən, 19:48 Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək Dünən, 19:48 İşğaldan azad edilmiş ərazilərdə özəl sektorun 1 300-dən artıq layihəsi icra olunur Dünən, 19:48 Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək? Dünən, 19:48 Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir Dünən, 19:48 İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb Dünən, 18:48 Azərbaycanda soyuducularla bağlı XƏBƏRDARLIQ Dünən, 18:48 Nazir Kəmaləddin Heydərov Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski ilə görüşüb Dünən, 18:48 Azercell "30 il səninlə" lotereyası çərçivəsində ilk qaliblərinə 2 Toyota Corolla Cross və 14 iPhone 17 Pro smartfonu hədiyyə etdi! Dünən, 18:48 Bakıda keçiddən istifadə edənlərə ŞAD XƏBƏR - 31 fərqli ünvanda... Dünən, 18:48 Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya Dünən, 18:48 "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb Dünən, 18:48 ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib Dünən, 18:48 Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə Dünən, 17:48 Əli Əsədov Rusiya, Belarus, Özbəkistan və Qırğızıstanın rəsmiləri ilə görüşüb Dünən, 17:48 Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar Dünən, 17:48 Qazaxıstan Azərbaycan ərazisilə İsrailə 500 min ton buğda çatdırmağa hazırdır Dünən, 17:48 Əhaliyə XƏBƏRDARLIQ - Sabah güclü külək əsəcək Dünən, 17:48 Kollektorun üzərində ev tikən sakinlər problemə səbəb oldular Dünən, 17:48 "Odyssey" yolda qaldı - Yanacaq almağa vəsaiti çatmadı Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR