
Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə "Yaşma bağları" adlanan yaşayış massivində qeydə alınıb.
"Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü, 1969-cu il təvəllüdlü Davud Fərhad oğlu Baxşıyev ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.