
Şirvan sakini kimyəvi maddədən zəhərlənərək ölüb.
AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, Şirvan sakini, 1965-ci il təvəllüdlü Sevil Mirağa qızı Mənəfova yüksək konsentrasiyalı sirkə - "essensiya" turşusundan zəhərlənmə, ağız, boğaz, qida borusu və mədənin kimyəvi yanıq diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlərin intensiv müalicə tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.