
Sumqayıt şəhəri, Y.Məmmədov küçəsində yerləşən mebel sexində yanğın baş verib.
Bu barədə AVESTA.AZ-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 750kv.m olan mebel sexinin yanar konstruksiyaları 70kv.m sahədə yanıb.
Sexin böyük hissəsi, içərisində olan mebel və taxta materiallar yanğından mühafizə olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.