
İsrail ordusu Livanın cənubunda baş verən toqquşmalar zamanı itkilər verib.
BAKU.WS xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (SAXAL) "Hizbullah" qruplaşması ilə qarşıdurma zamanı dörd hərbçisinin həlak olduğunu, daha iki nəfərin isə yaralandığını açıqlayıb.
Bildirilib ki, insident dünən axşam saatlarında baş verib. İsrail hərbi bölmələri ilə "Hizbullah" silahlıları arasında yaxın məsafədən şiddətli döyüş qeydə alınıb və nəticədə itkilər yaşanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.