
Yevlaxda 5 ay əvvəl maşın vuran azyaşlının vəziyyəti hələ də yaxşı deyil.
Bu barədə uşağın atası Asim Abbasov AVESTA.AZ-in "qaynar xətti"nə müraciətində bildirib.
Valideynin sözlərinə görə, hadisə 23 oktyabr 2025-ci il tarixində baş verib. Həmin gün onun 9 yaşlı övladını avtomobil vurub. Qəzanın görüntülərinin mövcud olmasına baxmayaraq, ötən təxminən 5 ay ərzində istintaqın gedişi ailəni ciddi narahat edir.
Hazırda azyaşlı ağır vəziyyətdədir. Bildirilir ki, o, bir tərəfli iflicdən əziyyət çəkir və uzunmüddətli müalicə, eləcə də reabilitasiya prosesinə ehtiyac duyur.
Ailə həm maddi, həm də mənəvi baxımdan çətin vəziyyətdə olduqlarını vurğulayır və məsələnin daha diqqətli araşdırılmasını, ədalətli qərarın verilməsini istəyir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.