12-04-2026, 00:48 242

17 yaşlı gənc Aydanın qolunda yaranan xoşxassəli şişin mütləq şəkildə cərrahi yolla götürülməli olduğu bildirilib.

Bu səbəbdən qeydiyyatda olduğu poliklinika onu Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yönləndirib. Lakin gənc və valideyninin iddiasına görə, əməliyyat icbari tibbi sığorta çərçivəsində, dövlət hesabına həyata keçirilməli olsa da, travmatoloq Akif Abdullayev bundan imtina edib.

İddia olunur ki, həkim əməliyyat dövlət xəstəxanasında aparılacağı təqdirdə gəncin şikəst qalmaq riski olduğunu bildirərək onu özünün çalışdığı özəl tibb müəssisəsinə yönləndirib və orada əməliyyatın daha yüksək məbləğə baş tutacağını deyib.

"Həkim bildirdi ki, problem ancaq əməliyyatla həll oluna bilər. "Mən əməliyyat edərəm, amma özəl klinikada 400 manata" dedi. Həkimin sözlərinə görə, buradakı digər iş yoldaşları da əməliyyatı eyni qiymətə edə bilərlər, amma onların məni şikəst qoyma ehtimalı var. Anam icbari tibbi sığortanın olduğunu xatırlatdıqda isə o, "sığortadan cəmi 20 manat qalır, mən 20 manatlıq həkim deyiləm" dedi", - deyə şikayətçi Aydan Məmmədyarlı Baku TV-yə bildirib.

Sözügedən travmatoloq Akif Abdullayev isə iddiaları təkzib edib: "Əgər əməliyyatı həm özəldə, həm də burada mən edəcəyəmsə, niyə pasiyentin şikəst qalacağı ilə bağlı ifadə işlətməliyəm?! Onları özəl klinikaya yönləndirməmişəm".

Məsələ ilə bağlı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan bildirilib ki, cərrahi müdaxilələr, o cümlədən xoşxassəli şişlərin götürülməsi əməliyyatları tibbi göstərişlər əsasında, müəyyən edilmiş prosedurlara uyğun olaraq ödənişsiz həyata keçirilir: "Həkim tərəfindən səsləndirildiyi iddia olunan risklərə gəldikdə isə qeyd olunmalıdır ki, hər bir tibbi müdaxilə müəyyən risklər daşıyır və həkimin vəzifələrindən biri pasiyenti ehtimal olunan fəsadlar barədə məlumatlandırmaqdır. Belə məlumatlandırma bəzən pasiyent və yaxınları tərəfindən yanlış olaraq təzyiq və ya qorxutma kimi qəbul edilə bilər.

Eyni zamanda həkimin pasiyentə alternativ müalicə imkanları və özəl müəssisələrdəki şərait barədə danışması tibbi praktika çərçivəsində məlumatlandırıcı xarakter daşıya bilər. Bunun birbaşa yönləndirmə və ya məcburetmə kimi qiymətləndirilməsi üçün əlavə faktlar və sübutlar tələb olunur". İnstitutdan həmçinin vurğulanıb ki, əgər dövlət tibb müəssisəsində həkimin xəstədən ödəniş tələb etməsini əks etdirən faktlar varsa, bu, cinayət xarakterli əməl hesab olunur. Belə hallar barədə sübutlar təqdim edildiyi təqdirdə məsələyə hüquqi qiymət verilməsi üçün aidiyyəti orqanlara müraciət olunmalıdır.

Paylaş

Xəbər lenti

Rusiyada erməniəsilli iş adamının arvadını və qızını qəddarlıqla öldürən şəxsə hökm oxundu Dünən, 23:48 Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb Dünən, 23:48 Zəfər Günü ilə bağlı Daşkənddə rəsmi qəbul keçirilib Dünən, 23:48 Avropa ölkələrində supermarketlərə kiberhücum: Milyonlarla avroluq ərzaq korlandı Dünən, 23:48 Tramp CAR və Ruandanı ABŞ-nin ticarət güzəştlərindən məhrum etmək qərarına gəlib Dünən, 23:48 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var Dünən, 22:48 Sabah Bakının bir çox ərazilərində işıq kəsiləcək Dünən, 22:48 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır Dünən, 22:48 Darçın qan şəkərinin səviyyəsinə necə təsir edir? - VACİB TÖVSİYƏ Dünən, 22:48 Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir Dünən, 22:48 Cinayət prosesində fəaliyyət qabiliyyəti olmayan şəxslərə dəstək mexanizmlərinin yaradılması tövsiyə edilib Dünən, 21:48 Samir Şərifov: Orta Dəhlizin inkişafı regional inteqrasiyaya töhfə verir Dünən, 21:48 Kamara Usman: "Volkanovski tarixdəki ən yaxşı yarım yüngül çəkili döyüşçüdür" Dünən, 21:48 Azərbaycan taekvondoçusu Qaşim Maqomedov beynəlxalq turnirdə qızıl medal qazanıb Dünən, 21:48 Bakıda Xankəndiyə "Stepanakert" deyən erməni jurnalistin bir reaksiyası ilə səhvini anında düzəltdi Dünən, 20:48 Bu ərazilərdəki məktəblər TƏMİR EDİLƏCƏK Dünən, 20:48 Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib Dünən, 20:48 Azərbaycanlı karateçi Yusif Qəhrəmanlı Avropa birinciliyində gümüş medal qazanıb Dünən, 20:48 Azərbaycan bölgələrində sertifikatlı toxum satışı təşkil ediləcək Dünən, 20:48 Sürücülərə avtomobilləri qışa hazırlamaq üçün tövsiyələr verilib Dünən, 19:48 Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib Dünən, 19:48 "Şəki Yaylası"nda faciəyə görə iki nəfər həbs olundu Dünən, 19:48 700 min vətəndaşın maaşı artacaq - Deputatdan YENİ AÇIQLAMA Dünən, 19:48 Bakıda Yeni il yarmarkaları təşkil olunacaq? Dünən, 19:48 Noutbukdan bu cür istifadə kişilərdə sonsuzluq riskini artıra bilər Dünən, 19:48 Belçikanın baş naziri istefa ərizəsini krala təqdim edib Dünən, 18:48 Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib Dünən, 18:48 Bakıda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 14 ünvanda... Dünən, 18:48 Azərbaycan-Çin Sənaye Parkı yaradıla bilər Dünən, 18:48 Cənubi Koreya prezidentinin və administrasiya əməkdaşlarının məlumatları sızdırılıb Dünən, 18:48 "Prime Leasing" Qlobal Səhnədə: Çində "Zoomlion Gold Dealer Award 2026" Mükafatına Layiq Görüldü Dünən, 17:48 "Diriliş Ertuğrul" serialına baxıb infarkt keçirdi, Bakıda əməliyyat olundu Dünən, 17:48 "Gözel Seeds" və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi Dünən, 17:48 Sabah bu yolun bir hissəsi bağlanacaq Dünən, 17:48 İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı Dünən, 17:48 17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi Dünən, 17:48 Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-ündə nöqsan aşkarlanıb Dünən, 16:48 "Qalatasaray"ın rusiyalı futbolçusunun sərbəstqalma qiyməti AÇIQLANDI Dünən, 16:48 Belçikada siyasi gərginlik: Kral baş nazirin istefasını qəbul etmədi Dünən, 16:48 Hesablama Palatası 2027-ci ilin dövlət büdcəsinin layihəsinə rəy verib Dünən, 16:48 Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi Dünən, 16:48 Ölümlə nəticələn qəzaya görə Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq Dünən, 16:48 Hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanıb Dünən, 16:48 SOCAR-ın 100 milyon dollarlıq istiqrazlarının tədavül müddəti başa çatıb Dünən, 15:48 Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Oktyabr ayının reytinq cədvəli açıqlanıb Dünən, 15:48 Tanış olduğu qadını aldadıb 96 min manatını aldı - Sumqayıtda film kimi cinayət Dünən, 15:48 Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib Dünən, 15:48 Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR