
Azərbaycan və Rusiya Xarici İşlər Nazirliyinin birgə yaydığı məlumatda qeyd olunub ki, hər iki ölkə rəhbərinin Düşənbədə 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiyanın hava məkanında hava hücumundan müdafiə sisteminin fəaliyyəti nəticəsində "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer 190" tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi məsələsində müvafiq razılığa gəliblər.
Öncəliklə qeyd etmək lazımdır ki, hadisə baş verdiyi andan Azərbaycan hökuməti siyasi iradə, qətiyyətli, prinsipial və dönməz mövqe nümayiş etdirdi.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlətimizin başçısı dərhal geri dönmək barədə tapşırıq verib. Təyyarə endikdən dərhal sonra Prezident İlham Əliyev hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda müşavirə keçirib. Dövlət başçısının tapşırığı ilə dərhal Azərbaycan nümayəndələrindən ibarət heyət qəzanın baş verdiyi Aktau şəhərinə ezam olunub.
Vətəndaşa verilən qiymət, dəyişməz mövqe: Bakı və Moskva mürəkkəb danışıqlarda razılığa gəldilər
Azərbaycan tərəfindən nümayiş etdirilən bu mövqe, yalnız daxili ictimaiyyətə deyil, eyni zamanda beynəlxalq aləmə də aydın mesaj idi. Rəsmi Bakı bu addımı ilə nümayiş etdirdi ki, Azərbaycan öz vətəndaşlarının hüquqlarının qorunmasında kiminləsə kompromisə getmir. Hökumətin tələbi ilə hadisənin bütün detalları obyektiv və hərtərəfli şəkildə araşdırılıb, nəticələrin ictimaiyyətə açıqlanması prinsipial şərt kimi irəli sürülüb. Bu yanaşma beynəlxalq hüququn əsas prinsiplərindən biri olan şəffaflıq və hesabatlılıq tələblərinə tam uyğun gəlir. Eyni zamanda, təqsirli tərəfin məsuliyyətinin birmənalı şəkildə müəyyən olunması və bunun hüquqi nəticələrinin tətbiqi məsələsi də Azərbaycanın dəyişməz mövqeyi olub.
Kompensasiya məsələsi isə bu prosesin ən həssas və vacib komponentlərindən biri idi. Məsələnin həllində siyasi iradənin rolu xüsusi vurğulanmalıdır. Prosesin ölkə rəhbərliyi səviyyəsində nəzarətdə saxlanılması, strateji yanaşma və prinsipial mövqe nəticə etibarilə Azərbaycanın maraqlarına uyğun, ədalətli qərarın əldə olunmasına imkan verib. Bu, bir daha göstərir ki, düzgün qurulmuş diplomatik xətt və ardıcıl siyasət dövlətin beynəlxalq arenada mövqelərini gücləndirən əsas amillərdəndir.
Vətəndaşa verilən qiymət, dəyişməz mövqe: Bakı və Moskva mürəkkəb danışıqlarda razılığa gəldilər
Azərbaycan və Rusiya arasında mövcud dialoq mühiti bu kimi çətin məsələlərin eskalasiyaya getmədən, konstruktiv şəkildə həllinə şərait yaradıb. Bu isə regionda sabitliyin və əməkdaşlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Nəticə etibarilə, əldə olunmuş razılaşma Azərbaycanın milli maraqlarını qətiyyətlə qorumağa qadir olduğunu, dövlətin öz vətəndaşlarının hüquqlarını ən yüksək səviyyədə müdafiə etdiyini bir daha sübut edir. Bu yanaşma yalnız konkret bir hadisənin həlli deyil, eyni zamanda gələcək üçün presedent rolunu oynayır. Azərbaycanın nümayiş etdirdiyi məsuliyyətli, prinsipial və konstruktiv mövqe beynəlxalq hüquqa əsaslanan ədalətli münasibətlərin formalaşmasına töhfə verən mühüm nümunə kimi qiymətləndirilə bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.