Bu gün, 18:48 64

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək

Rusiya tərəfi 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında AZAL təyyarəsinin qəzası ilə bağlı Azərbaycana kompensasiya ödəyəcək.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixində iki ölkə başçısı arasında keçirilmiş görüş çərçivəsində əldə olunmuş razılaşmaya uyğun həyata keçirilib. Burada Azərbaycan üçün söhbət hansısa məbləğin, təzminatın ödənilməsindən getmir. Əsas məsələ odur ki, Azərbaycan bütün dünyaya sübut etdi ki, milli maraqlarına toxunan, insan həyatı ilə nəticələnən və yüksək ictimai rezonans doğuran məsələlərdə heç bir halda geri addım atmır. İstənilən məsələdə milli maraqlarını əsas tutaraq, hüquqi və siyasi müstəvilərdə qətiyyətli mövqe nümayiş etdirir.

Məsələyə digər prizmadan yanaşdıqda Azərbaycan beynəlxalq münasibətlər sistemində davranışını da bir daha sərgiləmiş sayılır. Rəsmi Bakı bir daha əminliklə və qətiyyətlə sübut edir ki, dövlətin əsas prioriteti suveren hüquqlar və vətəndaşların təhlükəsizliyidir. Bunun üçün isə diplomatik və siyasi alətlərdən istifadə edir. Əldə edilən razılaşma sübut edir ki, istənilən mürəkkəb və həssas məsələlərdə dövlətin və ölkə başçısının prinsipial mövqeyi, düzgün diplomatik strategiyası həlledici olur. Bu isə Azərbaycanın beynəlxalq arenada mövqeyini daha da gücləndirir. Eyni zamanda ölkə daxilində də ictimai etimadın daha da möhkəmlənməsinə xidmət edir. Bu qərara mühüm siyasi və hüquqi nailiyyət kimi baxmaq lazımdır.

Azərbaycanın bu məsələdə əsas mövqeyi ədalətin bərpası, məsuliyyətin təmin olunması və istintaqın şəffaf aparılması idi. Rəsmi Bakı hesab edir ki, bu qəza texniki və təsadüfi bir insident deyil. İnsanların həyatına təsir edən ciddi bir məsuliyyət məsələsidir. Buna görə də əsas prioritet həqiqətin tam və obyektiv şəkildə üzə çıxarılmasıdır. Belə bir yanaşma əslində beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanır. Yəni, söhbət dövlət məsuliyyəti, hadisələrin şəffaf araşdırılması və dəyən ziyanın kompensasiyasından gedir.

Təbii ki, Rusiyanın təzminat ödəməklə bağlı qərar qəbul etməsində əsas faktor ölkə başçısı İlham Əliyevin güclü siyasi iradəsi, üzaqgörən strateji baxışıdır. Onun prosesə birbaşa və fasiləsiz nəzarəti həlledici amilə çevrilib. Çünki Prezident bu məsələdə fərqli yanaşma nümayiş etdirib, geosiyasi reallıqları, regional təhlükəsizlik balansını və Azərbaycanın uzunmüddətli milli maraqlarını nəzərə alaraq addımlar atıb. Bu da belə bir həssas məsələdə emosional reaksiyalardan uzaq, rasional və praqmatik xəttin qorunması ilə müşayiət olunub. Qeyd etdiyimiz kimi, ölkə başçısının bu məsələyə şəxsi nəzarəti və birbaşa iştirakı olub. Bu da qərarvermə mexanizmlərinin effektivliyini artırıb, diplomatik kanalların maksimum səviyyədə səfərbər edilməsinə şərait yaradıb.

Belə bir vəziyyət də öz növbəsində tərəflər arasında etimadın qorunması, gərginliyin qarşısının alınması və paralel olaraq da danışıqların konstruktiv səpkidə davam etdirilməsini təmin edib. Onun müəyyən etdiyi strateji kurs yalnız mövcud böhranın aradan qaldırılmasına deyil, eyni zamanda gələcəkdə oxşar risklərin idarə olunması üçün institusional və siyasi əsasların möhkəmləndirilməsinə xidmət edib. Bu yanaşma nəticəsində milli maraqların müdafiəsi ilə regional əməkdaşlıq mühitinin qorunması arasında incə və həssas balans təmin olunub ki, bu da müasir beynəlxalq münasibətlər sistemində nadir hallarda müşahidə edilən uğurlu diplomatik nümunələrdən biri kimi qiymətləndirilə bilər.

Qısacası, bu gün iki ölkə XİN-lərinin birgə bəyanatı sübut edir ki, güclü lider, strateji düşüncə və proseslərə birbaşa nəzarət mürəkkəb beynəlxalq böhranların idarə olunmasında əsas şərtdir.

Digər tərəfdən Azərbaycan bu nəticə ilə sübut edir ki, milli maraqlarını və vətəndaşlarının təhlükəsizliyini heç bir halda güzəştə getmək niyyətində deyil. Bunu qorumaq və təmin etmək üçün kifayət qədər siyasi-diplomatik imkanlara sahibdir. Eyni zamanda vətəndaşlarının təhlükəsizliyinə toxunan istənilən məsələ ən yüksək prioritet kimi qəbul edilir və bütün zəruri alətlərdən istifadə etməkdən heç bir halda çəkinmir. Həm də nəzərə almaq lazımdır ki, bu nəticə beynəlxalq səviyyədə də rəsmi Bakının qətiyyətli və təsirli mövqeyini göstərir. Demokratik və hüquqi dövlət olan Azərbaycan üçün vətəndaş amili dövlət siyasətinin mərkəzindədir, insan həyatı və təhlükəsizliyi ali dəyər kimi qəbul edilib.

Eyni zamanda vurğulamaq lazımdır ki, belə bir həssas məsələnin iki ölkə arasında siyasi dialoq vasitəsilə nəticə əldə etməsi Azərbaycanla Rusiya arasında münasibətlərin formal əməkdaşlıqdan ibarət olmadığını göstərir. Tərəflər ən mürəkkəb, həssas və beynəlxalq rezonans doğuran məsələlərdə belə qarşıdurma ritorikasını yox, konstruktiv və praqmatik yanaşmanı üstün tutdular. Bu, həm də sübut edir ki, iki ölkə arasında böhran vəziyyətlərində belə effektiv işləyən kommunikasiya kanalları mövcuddur. Belə bir vəziyyət də öz növbəsində iqtisadi və mədəni əməkdaşlığın davamı, regionun sabitliyi üçün vacib faktor sayılır. Çünki belə bir böhranın düzgün idarə edilməməsi ikitərəfli münasibətlərlə yanaşı, regional təhlükəsizliyə də mənfi təsir göstərə bilərdi.

Nəticə olaraq deyə bilərik ki, bu razılaşmaya təkcə iki dövlət arasındakı münasibət kimi baxmaq lazım deyil. Bu, daha geniş beynəlxalq müstəvidə mühüm presedentə çevrilə bilər. Eyni zamanda bir çox dövlət üçün də nümunəvi yanaşma modelidir. Eyni zamanda bu gün münaqişələr və qarşıdurmalar meydanına çevrilən dünyaya mesajdır ki, güc amilinə əsaslanan siyasət qısamüddətli nəticələr verə bilsə də, uzunmüddətli sabitlik və etimad mühitinin formalaşdırılması yalnız danışıqlar və razılaşmalar yolu ilə mümkündür.

Həm də bu nəticə Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisinin artmasına, etibarlı və dialoqa açıq bir tərəfdaşa çevrilməsinə səbəb olur. Ölkə başçısının balansı, sərrast siyasəti göstərir ki, Azərbaycan regionda və daha geniş coğrafiyada mübahisələri sivil üsullarla həll edən aktordur. Qısacası, müasir dünyada dayanıqlı və ədalətli həll sadəcə diplomatika, hüquq və qarşılıqlı anlaşma ilə əldə edilə bilər. Azərbaycan isə bunu bir daha təsdiqləmiş oldu...

Paylaş

Xəbər lenti

Tehran Vaşinqtondan kompensasiya tələb etdi - Şərtlər AÇIQLANDI Bu gün, 19:48 Netanyahu və Madyar ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər Bu gün, 19:48 Vətəndaşa verilən qiymət, dəyişməz mövqe: Bakı və Moskva mürəkkəb danışıqlarda razılığa gəldilər Bu gün, 19:48 Azərbaycanın Almaniyadakı səfirliyi Kölndə səyyar konsulluq xidmətləri həyata keçirəcək Bu gün, 19:48 Azercell-in dəstəyi ilə "StartHer Quba" layihəsinə start verildi Bu gün, 19:48 Azərbaycanda bəzi şəxslərin MAAŞLARI ARTACAQ Bu gün, 18:48 Könül Hüseynova: "İncəsənət təhsilində müasir metodların tətbiqi zəruridir" Bu gün, 18:48 Asiyaya açılan investisiya pəncərəsi: ARDNF-nin Çin strategiyası genişlənir Bu gün, 18:48 Bakı sakinlərinə qazla bağlı XƏBƏRDARLIQ - Sabah saat 10:00-dan etibarən... Bu gün, 18:48 Pakistanda növbəti həftə ABŞ-İran danışıqları bərpa edilə bilər Bu gün, 18:48 Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək Bu gün, 18:48 Politoloq: "Azərbaycan hər zaman milli maraqlarını qətiyyətlə qorumağa qadir ölkə olduğunu göstərir" Bu gün, 17:49 Kəmaləddin Heydərov agentliyə yeni rəis təyin etdi Bu gün, 17:48 Alkoqolsuz pivənin faydaları ilə bağlı araşdırma açıqlanıb Bu gün, 17:48 Leyla Əliyevanın təşəbbüsü ilə Albaniyada Xəstəxana Mərkəzinin pediatrik sedasiya otağı istifadəyə verilib Bu gün, 17:48 Leandro Andrade: "Dünyanın ən yaxşılarına qarşı mübarizə aparmaq xüsusi hissdir" Bu gün, 17:48 Azərbaycan yaxın 4 ildə işğaldan azad olunmuş ərazilərinə 13 milyard manat xərc çəkəcək Bu gün, 17:48 Ölümə görə kompensasiya qalmaqalı: Şirkət niyə ödəniş etmir? Bu gün, 17:48 Sabah Bakının bu hissələrində QAZ KƏSİLƏCƏK - Saat 10:00-dan... Bu gün, 17:48 Türkiyədə məktəbdə silahlı insident törədən məktəblinin atası saxlanıldı - DETALLAR Bu gün, 17:48 "Sea Breeze Resort" istirahət zonasına su fondundan 55 hektar torpaq sahəsi ayrılıb Bu gün, 17:48 Məcnun Məmmədov: "Latviya ilə aqrar sahədə prioritet istiqamətlər üzrə razılıq əldə olunub" Bu gün, 17:48 Əlahiddə Ümumqoşun Orduda müddətdən artıq xidmət etmək istəyənlərin NƏZƏRİNƏ - QƏBUL BAŞLADI Bu gün, 17:48 Qobustanda yeni qayaüstü təsvirlər aşkar olunub Bu gün, 17:48 Paytaxtın bu ünvanına yeni svetoforlar quraşdırılıb Bu gün, 17:48 Macarıstanda siyasi gərginlik: qalib partiyanın lideri prezidentin istefasını tələb etdi Bu gün, 16:48 Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək Bu gün, 16:48 "Referans"ın keçmiş direktoruna HÖKM OXUNDU Bu gün, 16:48 Ceyson Stetem Antalyada istirahət edir Bu gün, 16:48 Azərbaycanda yaxın 5 ildə manatın məzənnəsinin sabit qalacağı gözlənilir Bu gün, 16:48 Bakının mərkəzində baş verən yanğın söndürülüb Bu gün, 16:48 28 yaşlı şəxs işlədiyi mağazada öldü Bu gün, 15:48 Məşhur aktyorun qumar borcunu həyat yoldaşı ödəyib Bu gün, 15:48 Elçin Əmirbəyov Çexiya rəsmiləri ilə görüşlərdə Ermənistanla normallaşma prosesindən danışıb Bu gün, 15:48 Şəkidə 1000-dən çox abonentin qazı kəsiləcək Bu gün, 15:48 İran gəmiləri ABŞ mühasirəsi fonunda Hörmüz boğazından keçib Bu gün, 15:48 "City Garden Narimanov"da hazır mənzillər satışda - "Kristal!" Bu gün, 15:48 Bakının mərkəzində yanğın BAŞLAYIB Bu gün, 15:48 Azərbaycan və İsveçrə XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib Bu gün, 15:48 AYNA: "Qırmızı Körpü" gömrük postunda 800 avtomobil gözləyir Bu gün, 15:48 Azərbaycan pilotları beynəlxalq axtarış-xilasetmə təlimində tapşırıqları uğurla icra edib Bu gün, 15:48 Paşinyan: Azərbaycandan yanacaq idxal etməklə on milyardlarla vəsaitə qənaət etmişik Bu gün, 15:48 Türkiyənin daha bir məktəbində silahlı insident - 4 nəfər ölüb, 20 nəfər yaralanıb Bu gün, 15:48 Şuşa İndoneziyanın şəhərlərindən biri ilə qardaşlaşa bilər Bu gün, 14:48 Prezident Kitabxanasında "Zərifə Əliyeva" adlı çoxdilli virtual kitab sərgisi hazırlanıb Bu gün, 14:48 Bəzi yerlərdə qısamüddətli yağıntılar gözlənilir - PROQNOZ Bu gün, 14:48 Tağıyev qəsəbəsində uşaqları dəm qazından zəhərlənən ailənin 6 övladı dövlət himayəsində qalacaq Bu gün, 14:48 Bakı Bulvarındakı əkilən gülləri qopararaq buket belə düzəldiblərmiş - YENİ VİDEO Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR