27-12-2022, 19:38 549

BDU-da Elm və Təhsil Nazirliyinin “#CodFofFuture” layihəsinin məzun günü keçirilib

Bakı Dövlət Universitetində (BDU) Elm və Təhsil Nazirliyinin “#CodFofFuture” layihəsinin məzun günü keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə gənclərin hərtərəfli inkişafına xüsusi önəm verildiyini vurğulayıb, “#CodFofFuture” layihəsinin əhəmiyyətini diqqətə çatdırıb.

Nazir qeyd edib ki, texnologiyalar və insan düşüncəsi sürətlə dəyişir. Buna görə də gələcəyin çağırışlarına uyğun, fundamental bilik və bacarıqlara malik mütəxəssislər yetişdirmək zamanın tələbidir: “Hazırda "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində orta ümumtəhsil məktəblərində 300 min şagird proqramlaşdırma öyrənir. Bu göstərici növbəti illərdə xeyli artacaq. İl ərzində İT ixtisaslarını 3 000 tələbə bitirir. Bu ixtisasların böyük əksəriyyəti dövlət sifarişlidir. Gələcəkdə bakalavriatura və magistratura pillələrində İT ixtisaslarının (proqramlaşdırma, kibertəhlükəsizlik, sistem mühəndisliyi, kompüter mühəndisliyi və s.) sayı daha da artacaq".

Nazir “#CodFofFuture” layihəsinin məzun olan gənclər üçün dönüş nöqtəsi olacağına, onların gələcəkdə əmək bazarında daha tez iş tapacaqlarına əminliyini bildirib.

BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, hazırda BDU-da İT ixtisasları üzrə 830, SABAH qruplarında isə 120 tələbə təhsil alır. 2021-ci ildən etibarən “#CodFofFuture” layihəsi Elm və Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və “CodeAcademy” Təhsil Mərkəzinin iştirakı ilə uğurla icra olunmaqdadır. 2022-ci ildən etibarən isə “DevEducation” şirkəti də bu istiqamətdə fəaliyyət göstərir: “Hər iki təhsil müəssisi yetərincə tanınmış, inam qazanmış təhsil qurumlarıdır. Burada dərs deyən müəllimlər yüksək pedaqoji bacarıqlarla yanaşı, IT sahəsində böyük təcrübəyə malikdirlər. Tədrisə belə müəllimlərin cəlb olunması tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki vərdiş və bacarıqlara yiyələnməsinə, karyera qurmalarına, kreativ düşüncəli gənc mütəxəssis kimi formalaşmalarına imkan verəcək. Hazırda BDU-da “CodeAcademy” və “DevEducation” layihələri üzrə 6 auditoriyada 200-ə yaxın BDU tələbəsi təhsil alır. Hər iki layihə tələbələr arasında böyük rəğbət qazanıb”.

Rektor vurğulayıb ki, BDU-nun əsas məqsədi əmək bazarının tələblərinə uyğun, peşəkar, savadlı, müasir informasiya texnologiyalarına, yüksək intellektə malik mütəxəssislər yetişdirməkdir:

"Bu məqsədə nailolmanın ən birinci yolu məhz əməkdaşlıq və təcrübə mübadiləsidir. Kompüter elmləri BDU-nun təbiət elmləri sahəsində əsas 5 elmi prioritetindən biridir. Təsadüfi deyil ki, BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində Rəqəmsal Araşdırmalar elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Laboratoriyada mövcud sənaye problemlərinin elmi-tədqiqatlar əsasında həll yolları araşdırılır, “BP Azerbaijan” və SOCAR kimi tanınmış şirkətlərlə müqavilə əsaslı layihələr yerinə yetirilir. Həmin layihələrdə əsasən tələbə və gənc tədqiqatçılar iştirak edirlər. BDU və İsrailin Holon Texnologiyalar İnstitutu arasında bu sahə üzrə ikili diplom proqramı uğurla davam etdirilir. Hazırda BDU-da bakalavriat, magistratura və doktorantura səviyyələrində artıq 10 ikili diplom proqramı həyata keçirilir. BDU-nun Tələbələrin Elmi-Texniki Yaradıcılıq Mərkəzində mühəndislik, elektronika kimi sahələrlə yanaşı, proqramlaşdırma sahəsi üzrə də müxtəlif layihələr yerinə yetirilir. 2023-cü ildən etibarən SabahLab layihəsinin də BDU-da həyata keçirilməsi üzrə işlər davam etdirilir".

AzTU-nun rektoru Vilayət Vəliyev isə “#CodFofFuture” layihəsinin və digər rəqəmsal proqramların tələbələrə tarixi imkan qazandırdığını vurğulayıb. O, belə layihələrin tədris prosesini yaxşılaşdırdığını, əməkdaşlıq imkanlarını artırdığını qeyd edib.

Tədbirdə “#CodFofFuture” layihəsindən məzun olan BDU və AzTU tələbələri buraxılış işlərini təqdim ediblər. Daha sonra “#CodFofFuture” tələbələrinin təhsil həyatını əks etdirən video nümayiş etdirilib. Sonda tələbələrə sertifikatlar təqdim olunub.

Paylaş

Xəbər lenti

Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR