
Azərbaycanın daha bir idmançısı Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, son olimpiya çempionu Hidayət Heydərov (73 kq) tatamiyə çıxacaq.
O, 1/16 finalda Konstantinos Tsaparasla (Yunanıstan) qarşılaşacaq.
Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan 7 idmançıdan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.
Avropa çempionatı aprelin 19-da başa çatacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.