
Azərbaycanda sabiq idarə rəisi vəfat edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Gəncə Şəhər Təhsil İdarəsinin sabiq müdiri Cəlal Fətullayev dünən ölüb.
O, uzun müddət sözügedən quruma rəhbərlik edib. İdarənin bazasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi yaradılandan sonra o, öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Məlumata görə, C.Fətullayev xəstəlik səbəbindən dünyasını dəyişib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.