27-12-2022, 21:53 444

UABD Rusiya sülhməramlılarının Qarabağdan tezliklə çıxarılmasını tələb edir

“Rusiya təbliğat maşını həmişə olduğu kimi öz fəaliyyətini yalanın sürətli yayılması üzərində qurub. Amma baxaq görək Rusiyanın dezinformasiya şəbəkəsi təkcə Ukraynayamı qarşı çalışır? Əlbəttə, yox. Bəs bu cür iş üsulu təkcə Rusiyayamı xasdır. Xeyr, oxşar tərzdə uzun illərdir Ermənistanın da mediası, siyasətçiləri, ictimai xadimləri fəaliyyət göstərir”.

"AVESTA.AZ" xəbər verir ki, bunu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov Kiyevdə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə Azərbaycanın təbii sərvətlərinin talanması ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Tədbirin məqsədi Azərbaycanın Qarabağ bölgəsində Rusiyanın “sülhməramlı heyəti”nin müvəqqəti yerləşdiyi ərazidəki təbii sərvətlərin talanması, Qarabağ iqtisadi rayonunda, habelə Ukraynada baş verənlər, o cümlədən Rusiya “sülhməramlı”larının Qarabağdakı erməni separatçıların liderlərilə mənfur işbirliyi barədə həqiqətləri Ukrayna ictimaiyyətinə çatdırmaq olub. UABD rəhbəri 2020-ci il noyabr ayının 9-dan 10-a keçən gecə imzalanmış üçtərəfli bəyanatla Azərbaycanla Ermənistan arasındakı müharibənin dayandırıldığını xatırladıb: “Bu bəyanatın 3-cü bəndinə əsasən keçmiş Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyu Rusiya federasiyasının sülhməramlı qüvvələri yerləşdirildi. Eyni sənədin 4-cü bəndinə görə də Rusiya sülhməramlıları Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq əraziyə gətərilməlidir. Amma həmin bu müddəa Ermənistan tərəfindən Rusiya sülhməramlılarının da havadarlığı ilə yerinə yetirilmədi. Rəsmi Bakı bunu həm Moskvanın, həm də İrəvanın diqqətinə dəfələrlə çatdırıb”.

Üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən bölgədə Rusiya sülhməramlı heyətinin 5 il qalacağı və tərəflərdən hər hansı biri həmin müddətin başa çatmasına azı 6 ay qalmış buna qarşı çaxmazsa, avtomatik olaraq daha 5 il uzadılacağı da dilə gətirilib: “Azərbaycan ictimaiyyəti, siyasətçiləri, mediası həmin müddəanın yerinə yetirilməsini tələb edir. Əminəm ki, bu məsələ həllinin tapacaq, Rusiya sülhməramlıları müvəqqəti yerləşdikləri ərazini tərk edəcək”.

H.Cavadov Azərbaycanın təbii sərvətlərinin qarət olunmasına Rusiya sülhməramlılarının havadarlıq etdiklərini də vurğulayıb: “2021-ci ilin 7 iyul tarixində Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərman imzalayıb. Həmin fərmanla ölkənin 14 iqtisadi rayonlarından biri olan Qarabağ iqtisadi rayonu yaradıldı. Həmin bölgəyə hazırda erməni mənşəli əhalinin də yaşadığı ərazilər aiddir”.

Oktyabr ayının əvvəllərində Praqa şəhərində Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komisiyası prezidenti Şarl Mişel, Fransa prezidenti Emanuel Makron arasında görüş zamanı Ermənistan tərəfinin BMT Nizamnaməsinə, Almatı prinsiplərinə sadiq olduğunu təsdiq ediyi də xatırlanıb: “Bununla rəsmi İrəvan Xankəndi şəhərinin, bütövlükdə Qarabağ iqtisadi rayonu ərazisinin ölkəmizin bir hissəsi olduğunu qəbul etmiş oldu. Yəni Ermənistan Qarabağ ermənilərinin yaşadığı ərazinin Azərbaycan ərazisi olduğunu qəbul etdi. Azərbaycanın Qaranağ iqtisadi rayonu ərazisində Qızılbulağ qızıl yatağını, Dəmirli mis-molibden yatağını qanunsuz olaraq istismar etdiklərini də təsdiqlədilər. Azərbaycan haqlı və əsaslı olaraq öz ərazisində bu məsələ ilə bağlı monitorinq keçirilməsini tələb edir”. Bununla belə, Qarabağdakı separatçıların və onların adından səs-küylü bəyanatlar verən Rusiyada milyardlarla vəsait qazanan erməni oliqarxı Ruben Vardanyanın həmin haqlı tələbləri yerinə yetirməkdən boyun qaçırdıqları da qeyd olunub: “Azərbaycanın təbii sərbətlərinin erməni separatçılar tərəfindən talanmasına şərait yaradan Rusiya sülhməramlıları isə azərbaycanlı fəallara, ekoloqlara elə öz torpaqlarına, Ermənistanın özü tərəfindən tanınmış Qarabağ iqtisadi rayonu ərazisinə gəlmələrinə mane olmaq üçün Laçın yolunu bağlayıblar”. Hazırda öz qanuni tələblərinin yerinə yetirilməsi üçün etiraz aksiyası keçirən azərbaycanlı fəallara UABD-ın tam dəstək verdiyini diqqətə çatdıran H.Cavadov Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının da həmin bölgədən təcili çıxarılmalarını tələb etdiklərini açıqlayıb.

Daha sonra söz alan Ukrayna Silahlı Qüvvələri 114-cü briqadasının mətbuat katibi Dmitro Kulibaba deyib ki, Rusiya sülhməramlıları harada olursa olsun, yəni Laçın yolunu da bağlayarkən, Kiyv şəhərini də guya “nasist”lərdən azad etməyə gedərkən mahiyyətcə hərbi cani olmaqla Rusiyanın siyasi-hərbi rəhbərliyinin cinayətkar əmrlərini yerinə yetirirlər: “Bu gün bizim vəzifəmiz bu caniləri ifşa etmək, onların qarşısını alaraq Rusiyanın dünya düzənini tapdalamasına yol verməməkdir. İnanıram ki, bunu yalnız Rusiya imperializmini durduraraq son imperiyanı yox etməyə çalışan ölkələrlə birləşərək bacararıq”.

Ukrayna Qəhəmanı Serhiy Kulçitskiy adına könüllü taborun döyüşçüsü, Ukraynada gedən müharibənin iştirakçısı Vidadi İsrafilov da Azərbaycanda Laçın yolunu bağlayan Rusiya “sülhməramlı”ları ilə 1990-cu ilin 20 yanvar gecəsi Bakıya hücum edən Sovet ordusu arasında müqayisələr aparıb: “1990-cu ilin yanvarında Bakıya soxularaq azadlıq uğrunda ayağa qalxmış 170 dinc vətəndaşı qətlə yetirən Sovet ordusunun 30 il sonra “sülhməramlı” adı ilə, tanklar və ağır artilleriya ilə yenidən Azərbaycan torpağına müvəqqəti də olsa qayıdıb. Əminəm ki, Rusiya “sülhməramlı”ları harada olurlarsa olsunlar, sülh məramına xidmət edə bilməzlər. Ona görə də onların 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda göstərilən vaxt çıxarılmaları üçün Azərbaycan əlindən gələni etməlidir. Bütövlükdə əminəm ki, Azərbaycan – Ermənistan münaqişəsinin tamamilə aradan qaldırılması Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin nəticəsindən asılıdır. Rusiya işğalçı ordusunun məğlub edilməsi Azərbaycan da daxil olmaqla bir çox ölkələr üçün çox əhəmiyyətlidir”.

Onun sözlərinə USQ zabiti Alim Nəsirov da qüvvət verib: “Ukrayna torpaqlarında 450 uşağı öldürən Rusiya ordusunun Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində müvəqqəti yerləşdirilmiş bölmələri görəsən, “sülhməramlı” adını necə yaraşdırmaq olar?” Tədbir iştirakçıları həmçinin Azərbaycanın Rusiya rəsmilərinin tənələrinə, bu ölkənin muzdlu “ekspert”lərinin də hədə-qorxularına baxmayaraq Ukraynaya siyasi dəstək göstərdiyini və bundan sonra da göstərəcəyini, suverenliyini və ərazi bütövlüyünü madafiə etdiyini və edəcəyini, habelə humanitar yardımlarını daha da artırdığını vurğulayıblar.

Paylaş

Xəbər lenti

8 Noyabr - tarixə yazılan "Zəfər möhürü" - DİN-dən videoçarx Bu gün, 12:48 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib Bu gün, 12:48 Milli Qəhrəmanın səhhəti kəskin ağırlaşdı Bu gün, 12:48 Bakıda sərnişin avtobusu "Toyota" ilə toqquşub Bu gün, 12:48 İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub Bu gün, 12:48 Toral Bayramov öz qapısına qol vurub - VİDEO Bu gün, 11:48 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb Bu gün, 11:48 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub Bu gün, 11:48 "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri bu tarixlərdə işləməyəcək Bu gün, 11:48 Bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu Bu gün, 11:48 Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala vəsiqə qazanıb Bu gün, 11:48 Dahi bəstəkar Tofiq Quliyevin anadan olmasından 109 il ötür Bu gün, 10:48 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırmaya başlayıblar Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dolları ötüb Bu gün, 10:48 Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar Bu gün, 10:48 Zəfərdən Şuşaya uzanan yol: AAYDA-dan 8 Noyabra həsr olunmuş təsirli videoçarx Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb Bu gün, 09:48 Ronaldo millidən ayrılmasaydı heyətə çağırılacaqdı? - Baş məşqçi açıqlayıb Bu gün, 09:48 Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək Bu gün, 09:48 Koronavirusun yeni ştammı: Güclü boğaz ağrısı və uzunmüddətli halsızlıq yaradır Bu gün, 09:48 Qazaxda gənclərin davası qanla bitdi Bu gün, 09:48 "Baku TV" kollektivi peşə bayramını və Zəfər Gününü qeyd edib Bu gün, 00:48 Tramp Ağ Evə yeni aparat rəhbəri təyin etdi Bu gün, 00:48 "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Oğruca kəndi Bu gün, 00:48 Bərdənin raket atəşinə tutulmasından 6 il ötür Bu gün, 00:48 Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol Bu gün, 00:48 Ağdaşın bir sıra ərazilərində qaz kəsilib Dünən, 23:48 "Euronews": Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu dünyaya münaqişələrdən kənar baxmağa imkan yaradıb Dünən, 23:48 SOCAR və "Honeywell Technologies" Qlobal Çərçivə Sazişi imzalayıb Dünən, 23:48 Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!" Dünən, 23:48 Polkovnikin maşınla vurub öldürdüyü qadın həbsdə olan oğlunun övladlarına zibillikdən ərzaq axtarırmış - Hadisə anının videosu Dünən, 23:48 "Neftçi" "Kəpəz"ə qalib gəlib Dünən, 23:48 Bahar Candan bu səbəbdən tədbirə buraxılmadı Dünən, 22:48 Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım" Dünən, 22:48 Ət niyə bahalaşır? Dünən, 22:48 Azərbaycanın Serbiyadakı Səfirliyi Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib Dünən, 22:48 Baku TV "Zəfərdən doğan işıq" adlı süjet hazırlayıb Dünən, 21:48 "Haber Global": İlham Əliyevdən Qarabağa anlamlı ziyarət Dünən, 21:48 "Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq" Dünən, 21:48 Benzinlə işləyən avtomobillər tarixə qovuşacaq? - AQC sədrindən açıqlama Dünən, 21:48 Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 21:48 Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Dünən, 21:48 Qanlı Yanvarın həkim şahidi vəfat etdi Dünən, 21:48 Bakıda sürücülərə XƏBƏRDARLIQ - Bu yoldan keçmək təhlükəlidir Dünən, 20:48 Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb Dünən, 20:48 Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər Dünən, 20:48 İkinci əl maşın bazarında ucuzlaşma olacaq? - VACİB AÇIQLAMA Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR