
Bakının Binəqədi rayonunda dəhşətli ailə faciəsi baş verib.
AVESTA.AZ xəbər verir ki, hadisə bu saatlarda Binəqədi rayonunun Baksol adlanan ərazisindəki yaşayış massivində qeydə alınıb.
Həmin ərazidəki mənzillərdən birində yaşayan şəxs arvadını xüsusi amansızlıqla qətlə yetirib.
Məlumata görə, hadisəni törədən şəxs qətli törədəndən sonra qazı açıb. Nəticədə partlayış baş verib. Qətl törədən kişi də hadisə yerində ölüb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.