
Beyləqan rayonunun Dünyamalılar kəndində fəaliyyət göstərən, Təhməzov Qaryağdı Əsəd oğluna məxsus süd qəbulu məntəqəsində yoxlama keçirilib.
AVESTA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb:
"Məntəqəyə və ya məntəqədən daşınan hər bir süd partiyasının müvafiq müşayiətedici baytarlıq sənədləri ilə təmin olunmadığı, qida məhsulunun komponenti kimi istifadə olunan suyun filtrdən keçirilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı məlum olub. Həmçinin döşəmə, divar səthlərinin təmirsiz olduğu və asan təmizlənən materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilməyib, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib.
Müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunaraq süd qəbulu məntəqəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.