
Əməkdar artist Rəhman Rəhmanov müğənni Firuzə İbadova ilə bağlı etiraf edib.
AVESTA.AZ xəbər verir ki, "Günə bax" verilişinə qonaq olan aktyor illər əvvəl Firuzə İbadovanı sevdiyini deyib.
O illər əvvəl müğənniyə elçi düşdüyünü vurğulayıb:
"69 yaşımda etiraf edim? Gecdi... O vaxt Firuzə İbadovanı bəyənirdim, istədim onu. 16-17 yaşı var idi. Mənim də eyni. İstəyirdim, gedib-gəlirdim, razılaşmadı. İndi deyir ki, bilsəydim Kukla Teatrında işləyəcəksən, razılaşardım".
"Ürəyinə gəlir deyir. Qoy, desin. Rəhmanı və xanımını çox istəyiəm. Sənətimi o qədər sevirdim ki... O qədər elçi gəlirdi. Mənim bir Məcnunum var idi: səhnə. İndiyənə qədər də sənətimi sevirəm" -Firuzə İbadova onun sözlərinə reaksiya verib.
Ətraflı videoda:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.