
"İran regiondakı bütün dostlarına, o cümlədən Azərbaycana minnətdardır".
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bu sözləri İran xarici işlər nazirinin müavini Səid Xətibzadə jurnalistlərə açıqlamasında bildirib.
Nazir müavini bildirib ki, İran Türkiyə, Azərbaycan və digər ölkələrin dəstəyini yüksək qiymətləndirir:
"Ermənistan da daxil olmaqla, regionun bütün ölkələri ilə münasibətlərimiz müsbətdir".
Nazir bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyev ilə də telefon danışığı baş tutub və bu danışıq zamanı qarşılıqlı münasibətlərin davam etdirilməsi qərara alınıb:
"Region ölkələrindən aldığımız həmrəyliyi və dəstəyi yüksək qiymətləndiririk".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.