
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku keçirilir.
BAKU.WS PhotoStock.az-a istinadən xəbər verir ki, artıq 13-cü dəfədir ki, Azərbaycanda baş tutan yarışa 42 ölkədən ən istedadlı gimnastlar toplaşıblar.
Bu kuboku digərlərindən fərqləndirən əsas məqam onun Los-Anceles 2028 Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşımasıdır.
Yarış zamanı gimnastlar halqa, top, lent və gürzlər kimi müxtəlif alətlərlə fərdi proqramlarda, eləcə də 3 halqa + 2 cüt gürz və 3 top + 2 cüt gürz kombinasiyaları üzrə qrup hərəkətlərində qüvvələrini sınayacaqlar.
Yarışın sonunda ən yüksək icra xalını toplayan fərdi gimnast və qrup hərəkətləri komandası, ənənəyə uyğun olaraq, "AGF Trophy" mükafatına layiq görüləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.