
Bakı Slavyan Universitetinin (BSU) bölmə rəhbəri Mənsur İbrahimli 55 yaşında vəfat edib.
AVESTA.AZ "Yeni Sabah"a istinadən xəbər verir ki, M.İbrahimli qəfil ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, M.İbrahimli 1971-ci il fevralın 1-də anadan olub. O, əvvəllər Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat xidmətinin rəhbəri olub. 2019-2022-ci illərdə BSU-nun mətbuat katibi vəzifəsində çalışıb. Daha sonra ali məktəbin bölmə rəhbəri kimi işinə davam edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.