
Gəncədə qadına balta ilə xəsarət yetirilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 1985-ci il təvəllüdlü şəhər sakini Sevda Cəfərova müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib, vəziyyəti kafidir. İlkin məlumata görə, qadına xəsarəti əri yetirib.
Hazırda faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.