
Ölkəsində komediya televiziya proqramlarına çəkilməklə tanınan britaniyalı satirik və aktyor Con Byord 86 yaşında vəfat edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Daily Telegraph" məlumat yayıb.
Byord 1960-cı illərdən, Birləşmiş Krallıqda satiranın yüksəldiyi vaxtdan Britaniya televiziyasının ən tanınan simalarından biri olub. O, müasir britaniyalılara 1999-2008-ci illərdə Dördüncü TV kanalında yayımlanan “Bremner, Byord və Forçun” komediya proqramı ilə tanınır. Proqrama əsas iştirakçıların - Byordun özü, Rori Bremner və Con Forçunun adları verilib.
Aktyorlar 1997-ci ildə mükafatlandırıldıqları Britaniya Kino və Televiziya Sənəti Akademiyasına bir neçə dəfə namizəd olublar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.