
Sabah axşam saat 21:00-dan səhər saatlarınadək Sumqayıt 48, 50, 51, 53-cü məhəllələr, 16, 17-ci mikrorayon (5 mərtəbələr), 18-ci mikrorayon, Corat qəsəbəsinin bəzi hissəsində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
AVESTA.AZ xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.
Bildirilib ki, su təchizatında yaranan fasilə şəhər əhalisinin bəzi hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədardır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.