
Ağcabədi rayonunda Kür çayı bəndi yarıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Kür çayının rayonun Nəcəfqulubəyli kəndi ərazisindən Qarqarçayla qovuşduğu yerdə qeydə alınıb.
Buna səbəb bir neçə gündür yağan aramsız yağışlardan sonra Kür çayında suyun səviyyəsinin normadan çox artması olub.
Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib.
Hazırda ərazidə vəziyyət nəzarətə götürülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.