
Aprelin 23-də səhər saatlarında Günəşdə iki güclü partlayış baş verib.
AVESTA.AZ xəbər verir ki, hadisə ilə bağlı açıqlamanı Rusiya Tətbiqi Geofizika İnstitutu yayıb. Bildirilib ki, ilk partlayış Moskva vaxtı ilə saat 07:35-də (Bakı vaxtı ilə 08:35) 4419 nömrəli günəş ləkəsi qrupunda qeydə alınıb. M1.7 sinfinə aid olan bu partlayış rentgen diapazonunda baş verib və 28 dəqiqə davam edib.
İkinci partlayış isə Bakı vaxtı ilə saat 08:59-da 4420 nömrəli günəş ləkəsi qrupunda müşahidə olunub. M1.2 sinifli bu hadisə 18 dəqiqə davam edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.