
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" ilə digər avtomobil toqquşub.
Qəza zamanı 1970-ci il təvəllüdlü Çingiz Mustafayev,1980-ci il təvəllüdlü Elmar Rəhimov və Abidin Əsgərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.