
İspaniyanın "Real Madrid" klubu müdafiəçi Eder Militao və hücumçu Arda Gulerin zədələri ilə bağlı rəsmi açıqlama yayıb.
AVESTA.AZ xəbər verir ki, hər iki futbolçu La Liqanın 33-cü turunda "Alaves"ə qarşı keçirilən oyunu vaxtından əvvəl tərk etməli olub. Qarşılaşma "Madrid" təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda qolları Kylian Mbappe və Vinisius Junior vurublar.
Klubun açıqlamasına görə, aparılan tibbi müayinələr nəticəsində Eder Militaoda sol ayağın bud əzələsinin (iki başlı əzələ) zədələndiyi müəyyən olunub. Arda Gülerdə isə oxşar zədə sağ ayaqda qeydə alınıb.
Hər iki futbolçunun vəziyyəti ilə bağlı daha ətraflı məlumatın yaxın günlərdə açıqlanacağı bildirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.