
Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov bu gün ayağından əməliyyat olunub.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq PFL-in Media və marketinq direktoru Sənan Abdullayev bildirib.
Onun sözlərinə görə, PFL rəhbərinin əməliyyatı uğurlu keçib, E.Səmədov aprelin 27-dən etibarən iş başında olacaq.
Xatırladaq ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisədən sonra E.Səmədov bir neçə dəfə əməliyyat olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.