
Türkiyənin reytinqli layihələrindən olan "Eşref Rüya" serialında mövsüm finalı öncəsi sürpriz yaşanacaq.
AVESTA.AZ xəbər verir ki, ekran işinə tanınmış aktyor Ali Sürmeli daxil olacaq.
Onun layihədə mövsüm sonuna qədər qonaq obraz kimi yer alacağı bildirilir. Məlumatlara əsasən, yeni obraz "Celo Ağa" olacaq və onu məhz Ali Sürmeli canlandıracaq.
Yeni süjet xəttinə görə serialda hadisələr daha da gərginləşəcək.
Xatırladaq ki, "Kanal D"-nin ən baxımlı layihələrindən olan "Eşref Rüya" serialının mövsüm finalı tarixi açıqlanıb.
Ekran işi 10 iyun çərşənbə günü mövsüm finalı edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.